Icma.az
close
up
RU
Buxarestdə Zəfər Günü qeyd olunub

Buxarestdə Zəfər Günü qeyd olunub

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

4 noyabrda Azərbaycan Respublikasının səfirliyinin təşkilatçılığı ilə Buxarestdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Rumıniya hökumət qurumlarının təmsilçiləri, Rumıniya parlamentinin senatorları və deptatları, ictimai xadimlər, KİV nümayəndələri, Rumıniyada yaşayan azərbaycanlılar, bu ölkədə rəsmi səfərdə olan Azərbaycan media dövlət qurumlarının rəhbərləri iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının və Rumıniyanın dövlət himnləri səsləndirilib.

Tədbiri Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açaraq, Zəfər Gününün Azərbaycan xalqının milli qürur və iftixar günü olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edib, ölkənin ərazi bütövlüyünü təmin edib.

O həmçinin 8 avqustda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sülh deklarasiyasının bütün regionun inkişafı və rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qüdsi Osmanov qeyd edib ki, bu sənəd Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyub.

Rumıniya hökuməti adından Rumıniya Baş nazirinin müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Rumıniya tərəfindən həmsdəri, deputat Marian Neakşu çıxış edib. O, Azərbaycan xalqını Zəfər Günü ilə təbrik edərək, Cənubi Qafqazda sülhün bərqərar olmasını regionda beynəlxalq iqtisadi, nəqliyyat və enerji layihələrin həyata keçirilməsi üçün vacib amil adlandırıb. Marian Neakşu vurğulayıb ki, Rumıniya Azərbaycanı regionda sabitlik və inkişafın təmin olunmasında mühüm tərəfdaş hesab edir və bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək.

Daha sonra Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi qələbə türk dünyasının birliyini və qardaşlığını daha da möhkəmləndirib. “Azərbaycanın Zəfəri bütün türk dövlətləri üçün qürur mənbəyidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da dost və qardaş ölkə kimi onunla həmrəyliyini davam etdirəcək”, – deyə səfir vurğulayıb.

Ardınca Rumıniya müsəlman icmasının müftisi Yusuf Murat çıxış edərək Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik edib. O vurğulayıb ki, bütün müsəlman dünyası Azərbaycan ilə Ermənistan arasında uzun illər sürən mübarizənin sülh və sabitlik ilə nəticələnməsini alqışlayır. Müfti regiona sülhün, təhlükəsizliyin və bütün xalqların marağında olan rifanın gəlməsini yüksək ədalətin təntənəsi adlandırıb.

O, çıxışını “Yurdda sülh, cihanda sülh” deyə Mustafa Kəmal Atatürkün sözləri ilə yekunlaşdırıb.

Tədbir çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bədii videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın qəhrəmanlıq salnaməsindən, Vətən müharibəsində qazanılmış Qələbədən və azad edilmiş torpaqların yenidən dirçəlişindən bəhs olunub.

Ziyafət proqramı musiqi ilə davam edib. Rumıniyada fəaliyyət göstərən uşaqlardan ibarət musiqi qrupu Azərbaycan mahnılarını ifa edərək tədbirə xüsusi rəng qatıb. Uşaqların ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb və səmimi atmosfer yaradıb.

Rəsmi ziyafət zamanı Azərbaycanın milli musiqi nümunələri səsləndirilib, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub. Tədbirin qonaqları Azərbaycanın qazandığı qələbəni yüksək qiymətləndirib, Azərbaycan xalqına sülh, firavanlıq və davamlı tərəqqi arzularını ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri