Icma.az
close
up
RU
Buzovna sakinləri günlərdir niyə susuz qalıb? Rəsmi AÇIQLAMA

Buzovna sakinləri günlərdir niyə susuz qalıb? Rəsmi AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Buzovna qəsəbəsi, Zuğulba ərazisində sakinlər günlərdir ki, susuzluqdan əziyyət çəkirlər. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlərdən redaksiyamıza şikayətlər daxil olub. Sakinlərin sözlərinə görə Rasim İmanov küçəsindəki mənzillərə ayın 14-dən su gəlmir. Ondan öncəki günlərdə isə su ya təzyiqsiz verilib, ya da heç verilməyib. Sakinlər dəfələrlə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qaynar xəttinə müraciət etsələr də, problem həll olmayıb. Sakin Günel Mirzəyeva deyib ki, dünən qaynar xətdən onlara deyilib ki,  bu gün günün birinci yarısına qədər su veriləcək. Amma su hələ də verilmir. Bəs yayda əsas istirahət zonalarından biri sayılan Buzovnanın susuz qalmasının səbəbi nədir

Vətəndaşların müraciətləri  niyə nəticəsiz qalır?

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan verilən açıqlamada bildirilib ki, problem təzyiqlə bağlıdır. “Qeyd olunan ünvanda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur. Məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq”,-deyə  məlumatda bildirilib. 
Məsələni diqqətdə saxlayacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 İyul 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri