Buzovna sakinləri yağış sularının evlərinə dolmasından şikayətçidirlər VİDEO KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yağış suları paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsinin sakinlərinin işini çətinləşdirib.
KONKRET.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, vətəndaşlar yaşadıqları ərazidə kanalizasiya sisteminin olmamasından və bu səbəbdən həyətlərini, evlərini, zirzəmilərini su basmasından şikayətçidirlər.
Sakinlər onu da bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Onlar ərazidən yağış sularının çəkilməsi və kanalın təmizlənməsi üçün öz hesablarına işlər görsələr də, indi vəziyyət daha da çətinləşib. Buna görə də, problemi həll etməkdə aciz qalıblar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda qeyd olunan ünvanda yığılan suyun çəkilməsi mərkəzləşmiş şəbəkə olmadığına görə çətinləşir.
Qurumdan o da bildirilib ki, mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə su təchizatı və kanalizasiya sistemlərinin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası su təchizatı sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla mərhələlərlə həyata keçirilir.
Ətraflı süjetdə:
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Dekabr 2024 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















