Icma.az
close
up
RU
Buzovnada narkomaniyaya qarşı maarifləndirici tədbir FOTOLAR

Buzovnada narkomaniyaya qarşı maarifləndirici tədbir FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

17 oktyabr 2025-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 5 saylı Peşə Məktəbində “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. İcra müddəti 4 ay (01.06.2025 – 30.09.2025) olan layihə Bakı şəhərinin müxtəlif rayonlarında – Yasamal, Nəsimi, Səbael, Nərimanov, Binəqədi və Abşeronda (Mehdiabad, Saray, Xırdalan qəsəbələri) reallaşdırılır.

Tədbirin məqsədi yeniyetmə və gəncləri maarifləndirmə yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşviq etməkdir.

Buzovnada keçirilən görüşdə 20 nəfər iştirak edib. Tədbiri təşkilatın sədri Səltənət Qocamanlı açaraq layihənin əhəmiyyətindən danışıb, belə bir təşəbbüsə dəstək verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. O, narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə yaratdığını qeyd edib.

Tədbirdə layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırov çıxış edərək iştirakçılara narkomaniya ilə bağlı əsas anlayışlar, asılılığın yaranma səbəbləri, törətdiyi fəsadlar, iynə vasitəsilə yayıla bilən xəstəliklər, müalicə üsulları və mübarizə yolları barədə geniş məlumat verib.

Daha sonra iştirakçılar 4 qrupa bölünərək verilən suallar üzərində müzakirələr aparıblar və hər qrup öz təqdimatını nümayiş etdirib.

Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub. Görüşün foto və video çəkilişi də aparılıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri