Icma.az
close
up
RU
Çin Ordusunun ali rəhbərliyində dərin b KONKRET

Çin Ordusunun ali rəhbərliyində dərin b KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Çinin Mərkəzi Hərbi Şuranın (MHS) sədr müavini 75 yaşlı Çjan Yusya vəzifəsindən azad edilib. Bu qərar Çində böyük rezonans doğurub.

KONKRET.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) ali komandanlığında dərin böhran yaşanır. Ötən həftəsonu ordu sıralarında genişmiqyaslı təmizləmələr aparılıb. Generallar Çjan Yusya və Lyu Çjənli vəzifələrindən uzaqlaşdırılıb. Bu isə ölkə elitasında ciddi hakimiyyət mübarizəsinin getdiyini göstərir. Eyni zamanda belə bir sual da yaranır: bu vəziyyət Çinin döyüş qabiliyyətinə nə dərəcədə təsir edir? Məsələn, Tayvanı güc yolu ilə ələ keçirmək niyyəti və ya başqa iri regional münaqişədə iştirak baxımından məsələ gündəmə gəlib.
75 yaşlı Çjan Yusya ölkə lideri Si Cinpinin rəhbərlik etdiyi, silahlı qüvvələrə nəzarət edən partiya strukturu olan Mərkəzi Hərbi Şuranın sədr müavini idi.

Adətən yeddi nəfərə qədər üzvdən ibarət olan MHS indi cəmi iki nəfərdən ibarətdir — Si Cinpin və general Çjan Şenmin. Digər bütün üzvlər əvvəlki həbslərdən sonra başlanan “antikorrupsiya” kampaniyası çərçivəsində vəzifələrindən kənarlaşdırılıb.
MHS milyonlarla hərbçiyə nəzarət edir və o qədər güclüdür ki, vaxtilə Den Syaopin Çində faktiki təkhakimiyyətli lider olduğu dövrdə yalnız bu qurumun sədri vəzifəsini tuturdu.

Asiya Siyasəti İnstitutunun (ASPI) eksperti Layl Morrisin sözlərinə görə, şurada yalnız Si Cinpin və bir generalın qalması misli görünməmiş haldır.

“Çin Xalq Azadlıq Ordusu xaos vəziyyətindədir”, — Morriss BBC-yə bildirib və əlavə edib ki, orduda “ciddi rəhbərlik boşluğu” yaranıb.
O, bu qədər yüksək rütbəli generalların kənarlaşdırılmasının əsl səbəbi ilə bağlı sualı cavablandırarkən deyib:
“Çoxlu şayiələr dolaşır. Hazırda nəyin doğru, nəyin yanlış olduğunu bilmirik. Amma bu, şübhəsiz ki, Si Cinpin və onun ÇXAO üzərindəki nəzarəti üçün yaxşı hal deyil”.

Sinqapur Milli Universitetinin dosenti Çonq Ca Yan da general Çjanın süqutunun real səbəbindən əmin olmadığını bildirir və bu mövzuda çoxlu şayiələrin olduğunu deyir.

“Bu, ABŞ-a nüvə sirlərinin ötürülməsindən tutmuş dövlət çevrilişi planına, müxtəlif qruplar arasında mübarizəyə qədər hər şey ola bilər. Hətta Pekində atışma olduğu barədə şayiələr də var”, — o deyib.

Ekspertin fikrincə, Çjan və Lyunun kənarlaşdırılması, eləcə də digər inanılmaz şayiələr iki məqamı önə çıxarır:

birincisi, Si Cinpin toxunulmaz olaraq qalır;

ikincisi isə Pekində informasiya əlçatanlığının ciddi şəkildə məhdud olması qeyri-müəyyənliyi artırır və şayiələri qidalandırır.
Rəsmi açıqlamada bildirilib ki, generallar Çjan və Lyu “istintaq altındadır” və “intizam və qanunun ciddi şəkildə pozulmasında” ittiham olunurlar. Bu ifadə adətən korrupsiyanın örtülü adı kimi istifadə olunur.

Qısa müddət sonra ÇXAO-nun əsas rəsmi qəzeti olan “Ciefan Cunbao” açıq şəkildə bunun korrupsiya ilə bağlı olduğunu göstərdi. Qəzetin baş məqaləsində vurğulanır ki, generalların uzaqlaşdırılması Kommunist Partiyasının “kimliyindən və vəzifəsindən asılı olmayaraq korrupsiyaya sıfır tolerantlıq” yanaşmasını nümayiş etdirir.

Bu generallara qarşı irəli sürülən konkret ittihamlar açıqlanmayıb və bəlkə də heç vaxt açıqlanmayacaq. Lakin onların açıq şəkildə istintaq altında elan edilməsi demək olar ki, onlara ən azı həbs cəzası veriləcəyini göstərir.

“Ciefan Cunbao” qəzetinin redaksiya məqaləsində artıq Çjan Yusya və Lyu Çjənli günahkar kimi təqdim olunur və bildirilir ki, onlar “Kommunist Partiyasının Mərkəzi Komitəsinin etimadını ciddi şəkildə tapdalayıblar” və “Mərkəzi Hərbi Şuranın əsaslarını sarsıdıblar”.
Bu generalların hədəfə alınması korrupsiya ilə əlaqəli ola bilər, lakin əvvəlki oxşar təmizləmələrin nəticələrini nəzərə alsaq, bu, hakimiyyət siyasəti ilə də bağlı ola bilər.

Si Cinpin hakimiyyətə gələndə Çində həqiqətən korrupsiya problemi var idi. Ancaq onu da tez-tez ittiham edirlər ki, o, antikorrupsiya kampaniyasından siyasi rəqibləri aradan qaldırmaq üçün istifadə edir.

Xüsusilə iddia olunur ki, o, qorxu yaradan partiya intizam nəzarəti orqanını potensial siyasi rəqibləri və ya ona tam sədaqət göstərməyən məmurları sıradan çıxarmaq üçün işə salır.

Bu üsullar Si Cinpinin ölkədə Mao dövründən bəri görünməmiş səviyyədə nəzarət qurmasına imkan verib.
Lakin bu cür idarəetmə tərzi əks-effekt də verə bilər. Məsələn, orduda şübhə və qorxu mühiti qərarvermədə ehtiyatlılığa, hətta zəifliyə gətirib çıxara bilər.

Çjan Yusyanın atası Si Cinpinin atasının inqilabi silahdaşı olub. General Çjan özü də Si-nin uzun illər yaxın müttəfiqi sayılırdı. Onların yaxın hesab edilməsi fonunda Çjanın kənarlaşdırılması göstərdi ki, heç kim özünü təhlükəsiz hiss edə bilməz.

Üstəlik, general Çjan real döyüş təcrübəsi olan nadir yüksək rütbəli zabitlərdən idi və bu, onun ordudan uzaqlaşdırılmasını daha da əhəmiyyətli edir.

Layl Morrisin sözlərinə görə, onun vəzifədən çıxarılması Si Cinpin üçün uzunmüddətli problemlər yaradır.

Si, bəlkə də, öz hakimiyyətini bir daha təsdiqlədi, amma bu sarsıntılar gərginliyin davam edəcəyini göstərir.

“Bu, şübhəsiz ki, Si Cinpinin reputasiyasına zərbədir və mən düşünürəm ki, onun rəhbərliyi altında ÇXAO-nu gələcəkdə ciddi sarsıntılar gözləyir”, — Morriss bildirib.

Ən yüksək rütbəli generalların təmizlənməsi növbəti pillədəki zabitləri də düşündürür: “Növbəti kim olacaq?” Yuxarıdakıların aqibətini görənlər karyera yüksəlişindən çəkinə bilər, çünki hər an Si Cinpinin antikorrupsiya kampaniyasının hədəfinə çevrilə bilərlər.
Bütün bunlar Pekinin Tayvana təzyiqləri artırdığı, özünüidarə edən adanı bir gün güc yolu ilə ələ keçirmək hədələri fonunda baş verir.
Analitiklər hələ bu təmizləmələrin belə bir ehtimala nə dərəcədə təsir etdiyini qiymətləndirməlidirlər, baxmayaraq ki, bəziləri bunun Pekinin ambisiyalarına ciddi təsir etmədiyini düşünür.

“Bu təmizləmə Çinin Tayvan üzərində nəzarət qurmaq istəyinə təsir etmir. Bu, bütövlükdə Çin Kommunist Partiyasından və xüsusən də Si Cinpindən asılıdır”, — professor Çonq deyir.

Onun sözlərinə görə, təmizləmə əməliyyat qərarlarına təsir göstərə bilər:

“Hərbi rəhbərlikdə peşəkarların olmaması və ya qorxudulmuş peşəkarlar fonunda Tayvanla bağlı eskalasiya və aqressiya qərarları daha çox Si Cinpinin şəxsi üstünlüklərindən və meyllərindən asılı olacaq”.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Yanvar 2026 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri