Icma.az
close
up
RU
BVF nin reytinqi: 2026 cı ildə dünyanın ən böyük iqtisadiyyatları

BVF nin reytinqi: 2026 cı ildə dünyanın ən böyük iqtisadiyyatları

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına əsasən, 2026-cı ildə qlobal iqtisadiyyat ehtiyatlı artım və artan qeyri-müəyyənlik dövrünə qədəm qoyacaq.

AZƏRTAC-ın verdiyi xəbərə görə, qurum qeyd edib ki, dünyada iqtisadi inkişafın tempi zəifləyir. Bunun əsas səbəbləri kimi iqtisadiyyatın fraqmentlərə parçalanmasının dərinləşməsi və proteksionizmin artması göstərilir. Əsas risklər arasında texnologiya şirkətlərinin səhmlərinin mümkün dəyərdən artıq qiymətləndirilməsi və dövlət institutlarının müstəqilliyinin zəifləməsi də yer alır ki, bu da iqtisadi siyasətin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Reytinq cari ABŞ dolları kursu ilə hesablanan nominal ÜDM göstəricilərini nəzərə alaraq hər bir iqtisadiyyatın nisbi çəkisini əks etdirir.

ABŞ dünyanın ən böyük iqtisadiyyatı olaraq qalır. Artıq yüz ildən çoxdur ki, bu ölkə qlobal ÜDM reytinqində birinci yeri tutur və görünür, qarşıdakı onilliklərdə də liderliyini qoruyacaq. BVF-nin hesablamalarına görə, 2026-cı ildə ABŞ iqtisadiyyatının həcmi 31,8 trilyon dollara çatacaq ki, bu da Çin (2-ci yer), Almaniya (3-cü yer) və Hindistanın (4-cü yer) ümumi ÜDM məbləğinə bərabərdir.

Çin 20,7 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə ikinci yeri saxlayacaq. Bu, ABŞ-dan 35 faiz az olsa da, üçüncü yerdəki Almaniyanın göstəricisindən təxminən üç dəfə çoxdur. Bununla belə, Çin iqtisadiyyatı struktur məhdudiyyətlərlə üzləşir: əhalinin qocalması, daşınmaz əmlak bazarının zəifləməsi və ixrac tariflərinin artması. Bütün bunlar ÜDM artımını son 40 ilin minimum səviyyəsi – ildə təqribən 4 faizə qədər yavaşlada bilər.

Hindistan (4,5 trilyon dollar) daxili tələbat hesabına Yaponiyanı geridə qoyaraq dördüncü mövqeyini möhkəmləndirəcək. Siyahıda, həmçinin İndoneziya və Türkiyə də irəliləyir ki, bu da demoqrafik üstünlükləri və orta inkişaf səviyyəli iqtisadiyyatlarda aparılan islahatları əks etdirir.

BVF-nin məlumatına əsasən, Rusiya 2,5 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə siyahıda doqquzuncu yeri tutacaq.

Asiya dünyanın ən böyük iqtisadi regionuna çevriləcək. Çin, Yaponiya və Hindistanın hesabına Asiya ilk dəfə olaraq ümumi ÜDM həcminə görə Şimali Amerikadan irəli keçəcək. Üçüncü yerdə Avropa qərarlaşacaq, onun ardınca Yaxın Şərq, Cənubi Amerika, Afrika və nəhayət, Okeaniya gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri