Icma.az
close
up
RU
2026 cı ildə dünyanın ən möhtəşəm muzey binaları

2026 cı ildə dünyanın ən möhtəşəm muzey binaları

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 may, AZƏRTAC

“Prix Versailles” mükafatı 2026-cı il üçün dünyanın ən möhtəşəm muzey binalarının siyahısını açıqlayıb. Mükafatın baş katibi Jerom Quadenin sözlərinə görə, yeddi muzeydən ibarət qısa siyahıda yer alan muzeylər onların binalarına müstəsna ifadəlilik qatan memarlıq dizaynlarının və ekspozisiya tərtibatının yüksək keyfiyyəti ilə seçilir. Əbu-Dabidə yerləşən Zayed Milli Muzeyi siyahıda birinci yeri tutub. Bina Pritsker mükafatı laureatı Norman Foster tərəfindən təsis edilmiş Britaniya memarlıq firması “Foster + Partners” tərəfindən layihələndirilib.

AZƏRTAC mükafat siyahısına daxil edilən yeddi layihəni təqdim edir.

Zayed Milli Muzeyi (BƏƏ)

Hündürlüyü 123 metr olan muzey uçan şahinin qanadlarından ilhamlanan beş polad qülləsi ilə tanınır. Estetik cazibəsinə əlavə olaraq, bu strukturlar təbii ventilyasiya prinsiplərindən istifadə edərək binanın sərinliyini artırır. Həm içəridən, həm də xaricdən təbii işıqla hopmuş isti ağ və qumlu tonlar muzeyi yerlə səma arasında görüş nöqtəsinə çevirir. Başqa sözlə, o, bir növ üfüq qismində xidmət edir: kompleks Əl Masar bağından sahilə qədər uzanır, habelə səhra, vahə və şəhər mənzərəsi arasında ahəngdar şəkildə birləşir.

Elm və Texnologiya Muzeyi (Çin)

2025-ci il mayın 1-də açılan Şençjen Elm və Texnologiya Muzeyi Böyük Körfəz bölgəsinin yeni bir simvoludur. “Zaha Hadid Architects” tərəfindən dizayn edilən bina şəhəri əhatə edən nəhəng bir kosmik gəmi kimi təsvir edilib. Onun dizaynında Günəş radiasiyası, temperatur, rütubət, həmçinin üstünlük təşkil edən küləklər və hava keyfiyyəti daxil olmaqla, bölgənin subtropik iqliminin spesifik xüsusiyyətləri nəzərə alınıb.

“Syüeley” Ətirlər Muzeyi (Çin)

“Shenzhen Huahui Design” tərəfindən dizayn edilmiş bina ətir yaratmağın hər mərhələsini əks etdirir. Muzeyin əsas hissəsini təşkil edən səkkiz silindrik qırmızı kərpic kameradan ibarət olan arxitektura ətir xammalının distillə edilməsi və təmizlənməsi proseslərini simvolizə edir. Bu təsirli düzülüş məkanda dolaşanlara ətir cığırı kimi rahat bir ziyarətçi təcrübəsini təmin edir. İçəridə geniş qalereyalar ətirlərin qədim ritual mənşəyindən ən son texnoloji irəliləyişlərə qədər təkamülünü izləyir. Təxminən 300 interaktiv ətir qoxulama stansiyası duyğu təcrübəsini artırır və damdakı bağ turu ilə başa çatır.

Hekayələr Muzeyi (Yaponiya)

Bu il martın 28-də açılan Hekayələr Muzeyi Yaponiyanın ilk dəmir yolu xəttinin yerində “Takanawa Gateway City” layihəsinin bir hissəsi olaraq təxminən 29 min kvadratmetr sahəni əhatə edir. Kenqo Kuma tərəfindən dizayn edilən muzey incəsənət, ənənə, texnologiya və təhsili birləşdirən immersiv və interaktiv mədəniyyət mərkəzi kimi düşünülüb.

“Yox olmuş ştetl” Muzeyi (Litva)

Litva düzənliklərində - Şeduva tarixi mərkəzinin yaxınlığında yerləşən “Yox olmuş ştetl” Muzeyi daha introspektiv xarakterə malikdir. Bu muzey Holokostdan əvvəl ölkədə məskunlaşmış kiçik yəhudi icmalarının - ştetllərin yoxa çıxmış dünyasını araşdırır.

Milli Şərəf Medalı Muzeyi (ABŞ)

ABŞ-nin Texas ştatında yerləşən Milli Şərəf Medalı Muzeyi ölkənin ən yüksək hərbi ordeninə layiq görülənlərə həsr olunub. “Rafael Viñoly Architects PC”nin ən son işi olan bu layihə abadlaşdırılmış “Şərəf meydanı”ndan 12 metr yuxarıda asılmış metal fasadı olan böyük bir sərgi salonunun ətrafında cəmləşib.

İslam Sivilizasiyası Mərkəzi (Özbəkistan)

Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bu siyahını tamamlayır. Layihə 65 metr hündürlüyündə olan nəhəng portallar və günbəzdə əks olunan Teymurilər dövrünün monumental üslubundan ilham alır. Onun mərkəzində işıq, səs və multimedianı birləşdirərək düşüncə atmosferi yaradan təsirli “Quran” zalı yerləşir, daha geniş proqram isə arxivlər, kitabxana, İslam akademiyası və konfrans zalları vasitəsilə tədqiqat, təhsil və mədəni təbliğatı əhatə edir. Onun elmi proqramı 40-dan çox ölkədən təxminən 1500 tədqiqatçını cəlb edərək muzeyi mədəniyyətlərarası dialoq üçün fəal vasitəyə çevirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri