Icma.az
close
up
RU
Cabir İmanovla bağlı məsələ böyüdü Qardaşı ikinci dəfə video yaydı

Cabir İmanovla bağlı məsələ böyüdü Qardaşı ikinci dəfə video yaydı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əməkdar artist Cabir İmanovun ölümündən sonra onun şəxsiyyəti və dini kimliyi ətrafında ciddi müzakirələr gedir. Bildirilir ki, mərhum sənətçi sələfi (vəhhabi) təriqətinin üzvü olub və bu qənaəti möhkəmləndirən bir sıra amillər sadalanır. Bu kontekstdə dəfn mərasimində vəhhabi dini liderlərindən sayılan Əlixan Musayevin iştirakı medianın diqqətini çəkib. Sonradan o, Əməkdar artistlə yaxın münasibətinin olduğunu, hətta Cabirin onun arxasında namaz qıldığını açıqlayıb. Bununla yanaşı, Tahir İmanovun da sələfi camaatı ilə birlikdə namaz qıldığına dair videolar yayılıb.

Tahir İmanov son iki gündür videomüraciət yayıb və bəzi məsələlərə münasibət bildirib. Onun ilk müraciəti nisbətən təmkinli olsa da, sonuncu çıxışı daha aqressiv notlar üzərində qurulub. İmanov xüsusilə jurnalistləri hədəf alaraq, ailəsinin və qardaşının ölümünü müzakirə edənlərə halallıq vermədiyini vurğulayıb. Ümumiyyətlə, məşhur şəxslərlə bağlı baş verən hadisələr – istər toy, itki, həbs, vəzifəyə təyinat, istərsə də ölüm halları zamanı – media xüsusi fəallıq və həssaslıq göstərir. Çünki tanınmış simalar hər zaman cəmiyyətin əsas maraq dairəsini təşkil edir.

Bu baxımdan medianın, jurnalistlərin Cabir İmanovla bağlı xüsusi həssas yanaşması yanlışdırmı? Burda qeyri-etik hansısa məqam varmı?

Globalinfo.az-a danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, istənilən populyar şəxs və ya ictimai fiqur hər zaman müzakirə mövzusuna çevrilir:

Qulu Məhərrəmli

“Amma müəyyən etik qaydaların qorunması vacibdir, bu, Cabir İmanovla bağlı məsələlərə də aiddir. Azərbaycan cəmiyyətində formalaşmış ənənəyə görə, vəfat edən şəxsin ardınca ya yaxşı danışılır, ya da ümumiyyətlə danışılmır. Zənnimcə, ictimai fiqurlar bu yanaşmadan müəyyən qədər kənarda qalır. Çünki onlar cəmiyyətdə baş verən proseslərin, həmçinin mənəvi dəyərlərin daşıyıcısı kimi daim diqqət mərkəzində olur və müzakirə obyektinə tuş gəlirlər. Bu səbəbdən məşhurların davranışlarının müzakirə olunması təbii haldır. Etik halları qorumaq şərtilə media üçün heç bir mövzu qadağan deyil. Əlbəttə, jurnalistlər bu hədləri aşdıqda onları qınamaq, tənqid etmək lazımdır. Lakin normal, obyektiv müzakirə aparılırsa, bundan çox rəncidə olmağa dəyməz”.

Aktyor Kamran Yunis bildirib ki, hər hansı xəbəri çatdırmaq yanlış deyil:

Kamran Yunis

“Məsələ sənətçilərin toyları, həbsi, vəzifəyə təyinatı, yaxud vəfatı ilə bağlı nəsə paylaşmaq deyil. Problem həm də vacib sənət olaylarına, həqiqətlərə susmaqdır. Cəmiyyətin və medianın balansı itib. Əslində bunu jurnalistlər qorumalıdırlar, amma bəzi media nümayəndələri yalnız iyrənc hadisələrlə gündəmdə qalmağa çalışırlar. O ki, qaldı Cabir İmanova, Allah günahlarını əhv eləsin, ruhu şad olsun. Elə yaşamaq lazımdır ki, öləndən sonra sənə yalnız rəhmət dilənsin. Əcəba, Cabir bunu bacardımı? Cavabı isə göz önündədir. Xüsusilə bu ölkədə gözəl, imkanlı, şərəfli yaşamaq hər kəsin işi deyil”.

Sosioloq Lalə Mehralı qeyd edib ki, obyektiv və peşəkar media üçün bu cür hallar xüsusi əhəmiyyət daşımamalıdır:

Lalə Mehralı

“Əgər məqsəd obyektivlik və peşəkarlıqdırsa, media hər zaman həqiqəti deməkdən çəkinməməlidir. Kiminsə vəzifəyə gəlməsi və ya getməsi, kiminsə məşhurlaşması, nüfuz itirməsi, yaxud vəfat etməsi jurnalist yanaşmasına təsir etməməlidir. Cabir İmanov məsələsinə gəlincə, əgər media orqanları onunla bağlı müəyyən faktları əvvəldən bilirdilərsə, bunları sənətçi həyatda olarkən də ictimailəşdirmək mümkün idi. Lakin bir insan dünyadan köçdükdən sonra onun haqqında keçmiş məlumatları yenidən gündəmə gətirib baxış toplamaq doğru deyil. Bu, nə peşəkarlıq, nə də obyektivlik sayılır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri