“Cabir İmanovla bir məktəbdə oxumuşuq”
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Cabirin ölümü çox vaxtsız oldu. Hələ də onun öldüyünə inana bilmirik".
Modern.az xəbər verir ki, Əməkdar artist Cabir İmanovun vida mərasimində jurnalistlərə açıqlamasında bunu "Space TV"nin direktoru Vado Korovin deyib.
O bildirib ki, Cabir İmanov mehriban insan olub:
"Mən onu uşaqlıqdan tanıyıram, bir məktəbdə oxumuşuq. Ən sevdiyi əmək fənni idi. Cabir İmanov istedadlı idi. Maşınları çox sevirdi, həvəskarı idi. "Ağa Natiq" obrazı da məhz maşına olan həvəsindən dolayı ərsəyə gəlmişdi. O, həmin obrazı da professional oynayırdı. Cabiri heç kim əvəz edə bilməz. Sonuncu dəfə sentyabrın 7-də dostumuzun övladının toyunda görüşmüşdük. Ölüm heyif ki, ən gözəl insanları aparır. Buna təəssüflənirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:349
Bu xəbər 30 Sentyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















