Icma.az
close
up
RU
Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdar artist Cabir İmanovun bu ilin sentyabrında vəfat etməsindən sonra onun daha əvvəl çəkildiyi reklamlara aid lövhələrin Bakı Metropoliteninin stansiyalarında, efirlərdə, nəqliyyat vasitələrinin üzərində, bilbordlarda və s. hələ də qalması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, insanlar ölən şəxsin üzərindən kimlərinsə pul qazandığını deyərək, bu vəziyyəti tənqid ediblər.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, metropoliten sözügedən müqavilənin tərəfi olmadığından, reklam yayımı prosesinə müdaxilə etmək səlahiyyətinə malik deyil.

Məsələyə aydınlıq gətirmək üçün C.İmanovun reklamına çəkildiyi süd məhsullarını ölkəyə gətirən distribyutor şirkət olan “Aqro-Vest DC” MMC ilə əlaqə saxladıq. Şirkətin Marketinq meneceri Tural Məmmədov Ölkə.Az-a açıqlamasında bu sözləri deyib:

“Cabir bəylə həm insan kimi, həm də partnyor kimi çox yaxşı münasibətlərimiz olub. O, bizim dəyərli aktyorumuz idi. Xatirəsinə hörmət əlaməti olaraq reklamları sökmədik. Həm də müqaviləmiz var. Müqavilə uzunmüddətlidir və biz onun fotosundan istifadə etmək üçün illik ödəniş etmişik. Vəfat etdiyi gün aktyora hörmət əlaməti olaraq efirlərdə onun iştirak etdiyi reklam çarxlarının yayımını müvəqqəti olaraq dayandırmışıq. Hətta buna görə ailəsi bizə təşəkkür də edib. Amma metroda reklam lövhəsinin dəyişdirilməsi daha böyük vəsait tələb edir. Biz reklamlarla bağlı Tahir bəylə və ailə üzvləri ilə danışmışıq, reklamların yayımının davam etməsinə etiraz etmədiklərini deyiblər”. 

Şirkətin təmsilçisi Cabir İmanovun çəkildiyi və hələ yayımlanmayan reklam çarxlarından da söz açıb:

“Bizim mərhum əməkdar artistlə növbəti illərdə də yayımlamağı düşündüyümüz işlərimiz var. Onun xatirəsini yaşatmaq istəyirik. İnşallah, yaxın günlərdə onun efirə çıxmayan 2 videorolikini yayımlamağı düşünürük. Müqavilə şərtlərinə uyğun olaraq da C.İmanovun ailə üzvlərinə qonorar verməyi düşünürük. Bunun üçün də təbii ki, ailə üzvlərindən razılıq alacağıq”. 

Qeyd edək ki, C.İmanov sentyabrın 29-da Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyoru xilas etmək mümkün olmayıb. O, Yasamal qəbiristanlığında dəfn edilib.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri