Icma.az
close
up
RU
Cabir İmanovun əziz xatirəsinə...

Cabir İmanovun əziz xatirəsinə...

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Kubra Məhərrəmova yazır...

Uşaq olanda elə bilirdim ki, ancaq qoca nənə-babalar ölürlər. Cavan-uşaq niyə ölsün ki? Axı onların üzü qırışmış deyil.

Uşaq olanda elə bilirdim ki, Allah baba göydə oturub, yuxarıdan bizə baxır. Qəndqabıdan icazəsiz konfet götürsəm, məni cəzalandıracaq. Göydən od tökəcək başıma.

Uşaq olanda elə bilirdim ki, mavi gözlü insanlar dünyanı mavi rəngdə görür.

Bir də uşaq olanda elə bilirdim ki, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu həmişə yarışlarda ermənilərə qalib gələcək.

Rusiyanın ictimai televiziyasının yayımında bizimkiləri görəndə elə bilirdim ki, onlar səhnəyə məhz bizim üçün çıxıblar. Bizim əsl simamızı göstərmək üçün. Axı aşağı-yuxarı Rusiya üçün biz rəiyyət və pomidor satan idik.

Moskva səhnəsindən "Bakılı oğlanlar"ın çıxışı əslində bizim necə bir xalq olduğumuzu göstərirdi. İti zarafatları, musiqi nömrələri, səhnəcikləri hər dəfə zalda gurultulu alqış və gülüş yaradırdı. Mən isə televizorun qarşısında baş verənlərə baxıb onlara oxşamaq istəyirdim.

"Bakılı oğlanlar" çətin günlərdə öz dərdimizə gülməyi bacaran, eybəcərliklərə qarşı çıxan, tənqid edən instituta çevrildi. "Bakılı oğlanlar" özündə sosial dəyişiklikləri birləşdirən, xalqın özünü ifadə etmə yollarını axtaran və müstəqil mədəni hadisə idi. Onlar beynəlxalq səhnələrdə Azərbaycanın dörd tərəfini tərənnüm edən ideyanı sərgiləyirdi. "Bakılı oğlanlar"ı digər postsovet ölkələri komandalarından fərqləndirən cəhətlərdən biri də koloritli personajların varlığı idi. Cabir İmanovun canlandırdığı obrazlar isə parlaqlığı və səmimiyyəti ilə seçilirdi. Özünəməxsus təbəssümü, səhnədə duruşu və minlərlə tamaşaçı qarşısında sözünü demək bacarığı ilə.

Onun səhnəyə çıxışı hər zaman insanlarda təbəssüm yaradır, incə yumorun və iti zəkanın məhsulu olan zarafatın səslənəcəyi zəmanətini verirdi.

Hamı bilirdi ki, əgər səhnəyə Cabir çıxıbsa, deməli "nəsə" olacaq. Bu "nəsə" hələ uzun müddət dildən-dilə düşəcək, zarafatların əsas mövzusu olacaq. Videokasetlərə köçürülən konsert və çıxışların içində onun səhnə aldığı hissələr dəfələrlə çevrilib izlənəcək.

Hə, indiki gənclərə qəribə gələ bilər. Amma biz televizordan videomaqnitofona görüntüləri köçürüb, sonra da bir-birimizə ötürürdük. Belə qəribə dövrdə evə zəng gələndə internet də çökürdü. Amma biz əsl səhnənin, mədəniyyətin, zarafatın, aktyorun nə olduğunu görən adamlarıq.

Cabir İmanov da həmin o dövrün mədəniyyətini, xarakterini, əxlaqını özündə daşıyan idi. Təkəbbürdən uzaq, zarafatcıl, eyni zamanda dərin biliklərə malik olan biri. Onun sənətə yanaşması yalnız səhnə ilə məhdudlaşmırdı, arxasında ciddi intellektual baza dayanırdı. Tarix, ədəbiyyat, incəsənət, teatr, kino ilə bağlı fikirləri tam və dolğun idi. Bəlkə də buna görə yaratdığı "Ağanatiq" və "Eliş" obrazları bu qədər rəngarəng və doğma idi.

Çoxunun deyə bilmədiyini "Eliş"in dilindən deyirdi, göstərirdi. Baş verən qanunsuzluğa qarşı çıxırdı. Rezin tərlik və rəngli köynəyin altından çox ağır mətləblərdə müdrikcəsinə cəmiyyəti sarsıdan həqiqətləri danışırdı. Kənardan hər nə qədər asan görünsə də, düşünürəm ki, Cabir İmanov hər dəfə bu rolları ifa edəndə mənəvi yükün altına girirdi.

Son illər istedad və bacarığını əl işlərinə yönəltmişdi. İçindəki yaradıcılıq potensialını rənglərə və formalara köçürürdü. Onu da qəribə sakitlik, təvəzökarlıqla, haray-həşirsiz edirdi. Populyarlığı ilə heç vaxt qürurlanıb, özünü gözə soxmadı.

Baxmayaraq ki, nəinki bütün Azərbaycan, postsovet ölkələrində tanınırdı.

Həyatdan köçəndə də sakit getdi. Haraysız, səssiz. Heç kimə əziyyət vermədən.

Bizim gəncliyimizin ulduzu və qəhrəmanı Cabir İmanov.

Dünən onun ölümü ilə bir epoxanın keçdiyini bir daha başa düşür adam. Daşıdığı ideya, düşüncə, məqsəd və məhz özü üçün müəyyən etdiyi nəticə də onunla getdi. Əminəm ki, çoxlarının anlamadığı hansısa həqiqətə yetmişdi. Müdrikliyə varmışdı.

Sosial şəbəkə hesablarında paylaşdığı son fotolarda belə qəribə kədər, hüzur və əlində-ovcunda tutub saxlaya bilmədiyi zamanın axıb getdiyi görünür. Ən azı mən belə hiss etdim.

Bizim gəncliyimizi qəhrəmanı heç vaxt qocalmayacaq. Hər zaman 49 yaşında qalacaq. Allah rəhmət eləsin, "Bakılı oğlan". Ruhun şad olsun. 49 ilə bir çoxlarının 100 ilə edə bilmədiklərini sığdıra bildin. Təbəssümünü heç vaxt unutmayacağıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:418
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri