Cabir İmanovun dostu: Bu gün 15:30 da görüşümüz var idi
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
"15:30-da görüşümüz var idi".
BAKU.WS xəbər verir ki, bu sözləri BAKU.TV-yə açıqlamasında vəfat edən Əməkdar artist Cabir İmanovun dostu deyib.
O aktyorla planlaşdırdığı görüşünün yarım qaldığını vurğulayıb:
"Bu gün telefonda məlumat verildi. 15:30-da görüşümüz var idi. Çox təəssüf ki, görüş qismət olmadı. Xəbəri eşidən kimi gəldim. Hadisə idman zalında olub. Axşam isə toyda iştirak edib. Özünü yaxşı hiss edirmiş".
Xatırladaq ki, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib. O məşq zalında müvazinətini itirərək yıxılıb. Aktyorun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.
C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 29 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















