Icma.az
close
up
RU
Cabir İmanovun qəbirinin üstü niyə KONKRET

Cabir İmanovun qəbirinin üstü niyə KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Şən və Hazırcavablar Klubu”nun üzvü, Əməkdar artist Cabir İmanovun vəfatından dörd aya yaxın vaxt ötür.

KONKRET.az xəbər verir ki, “Yeni Sabah” əməkdaşı Bakının Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında mərhumun məzarını ziyarət edib.

Daha öncəki ziyarətlərimizdə müşahidə etdiyimiz kimi, sənətkarın məzarı üzərinə yenə də çox sayda güllər düzülmüşdü. Görünür, yaxınları, sənət dostları və sevənləri Cabir İmanovun məzarını tez-tez ziyarət edir.

Ziyarət zamanı diqqətimizi çəkən əsas məqam isə Əməkdar artistin qəbirinin üstünün hələ də götürülməməsi, başdaşı qoyulmaması oldu. Hazırda Azərbaycanda müşahidə edilən ənənəyə görə, adətən, vəfat edən şəxsin məzarının üstü mərhumun 40 mərasiminədək götürülür, sinə və başdaşı qoyulur, ətrafı abadlaşdırılır (bəzi bölgələrdə fərqli tendensiya da var). Amma C.İmanovun qəbirinin üstü götürülməyib, ilk gündə olduğu kimi saxlanılıb. Hətta, həmin məzarda Əməkdar artistin dəfn edildiyini göstərən bir nişanə belə yoxdur: Cabirin adı heç yerdə qeyd olunmayıb. 

Doğmalarının nəyə görə belə bir qərar verməsinin səbəbi məlum deyil. Ona görə də bu barədə yalnız ehtimalla danışmaq olar.

Birincisi, bu, mərhumun və onun qardaşı, Əməkdar artist, aktyor Tahir İmanovun dini baxışları ilə bağlıdır. Yerli mətbuat yazır ki, İmanov qardaşları İslamın sələfi təriqətinə mənsubdurlar, dinin tələblərini olduğu kimi yerinə yetirirlər. Bunu gücləndirən arqumentlərdən biri də Cabir İmanov son mənzilə yola salınması zamanı dini ayinləri Azərbaycan sələfilərinin tanınmış nümayəndəsi Əlixan Musayevin yerinə yetirməsi idi. Sələfilər məzar daşı hazırlatmırlar, qəbrin itməsini normal sayırlar.

İkincisi, ola bilər ki, C.İmanovun məzarüstü abidəsi hazırlanır. Bu isə müəyyən zaman tələb edir. Ona görə də qəbir olduğu kimi qalıb.

“Yeni Sabah”ın əməkdaşı məsələ ilə bağlı Cabir İmanovun atası, professor Qorxmaz İmanovla əlaqə saxlayıb. Lakin o, suallara cavab verməkdən imtina edib.

“Cabirlə bağlı heç vaxt danışmayacam. Heç kimə heç nə demək fikrində deyiləm”, – o, söhbəti yekunlaşdırıb.

Qorxmaz İmanovun mövqeyini anlayışla qarşılayırıq. Görünür, dərdli ataya gənc yaşında dünyadan köçən övladı barədə danışmaq çətindir, amma Cabirin xatirəsinin yaşadılması da vacibdir…

Qeyd edək ki, C.İmanov 2025-ci il sentyabrın 29-da 49 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri