Icma.az
close
up
RU
“Cabirin arzusunu heç vaxt yerinə yetirə bilməyəcəm” Millət vəkili

“Cabirin arzusunu heç vaxt yerinə yetirə bilməyəcəm” Millət vəkili

Icma.az bildirir, Bizim media portalına istinadən.

Millət vəkili Rafael Hüseynov ötən ay vəfat edən Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, deputat C. İmanovu uşaqlıq illərindən tanıdığını qeyd edərək bunları yazıb:
“Yəqin tək mənə deyil, başqalarına da rast gəlib - bir talada tək ucalan gövdəli qovaq ağacı. Dünənəcən vüqarlı duruşuyla, bu talanı təkbaşına dolduran gözəlliyi ilə göz oxşayırmış.
Qəfilcə göy gurlayıb, şimşək çaxıb və ildırım bu ətrafda tənha yüksələn o gözəlliyi vurub. Həyat və yaşamaq eşqi saçan o gövdəli ağac bircə anın içində yanıb qaralıb, sönüb, bitib. Əlbəttə kədərlidir, əlbəttə gözəlliyin qəfil ölümü həmişə yandırıcıdır. Tahir və Cabir İmanov mənə əziz olan iki insanın balalarıdır. Mən bu uşaqları xırda yaşlarından tanıyıram. İkisi də bir-birindən parlaq, ikisi də bir-birindən istedadlı.
 

Əziz Cabirimiz ildırımın vurub bir anda ömrünə son qoyduğu gözəllikdir ki, var! Çox iti görən gözləri vardı. O qədər iti ki, yanından yüz dəfə keçib görmədiyimizi tuta bilirdi. Müşahidə etdiyini gülüşə qataraq elə zərif çatdırmağa qadir idi ki, əslində bu sancmada özünü görəni incitməli, qeyzləndirməli idi.


Ancaq Cabir bunu elə lətif bir məharətlə edirdi ki, hətta siyasi yükü olan sataşmaları da qəzəb doğurmadan, dodaq qaçıraraq qəbul edilirdi və heç vəchlə də qulaq ardına vurula bilmirdi, düşündürürdü, islah olunmağa yönəldirdi. Saatın sürətinə baxın - göz açıb yumunca Cabirsizliyin on günü arxada qaldı. Bu gün oktyabrın 9-u qohumlar, dostlar, yaxınlar Cabirin cüməaxşamına yığışmışdı.
Cabir qohumları, dostları, yaxınları, sənətini sevənləri yasa yox, konsertlərdə, bayramlarda toplamaq üçün dünyaya gələnlərdən idi.
Bilsəniz bu zahirən adi, amma mahiyyətiylə müdhiş olan həqiqəti indi sözə döndərib yazmaq nə qədər ağırdır. Beli qırılmış Qorxmazla, qırx ilə yaxın müddətdə dostum, sirdaşım olmuş bir insanla üz-üzəyəm və ona heç bir təsəlli verə bilmirəm. Nə təsəlli?! Təsəlli sözləri arasam riyakar olmuş olaram.
Haçandır ki, Qorxmaz da, uşaqları da başqa, təzə evlərdə yaşayırlar. Ancaq mənim ən çox yadımda qalan hamısının birgə olduqları köhnə məhəllədəki dədə-baba həyətindəki evlərinə gedib-gəldiyim günlərdir.
Nə xoşbəxt imişlər, nə xoşbəxt imişik! Həmin yuxarı məhəllənin özünəməxsus ab-havası vardı, atıb-kəsən, sözü yava, alış-verişdə fəndgir, şərəşur adamlarla dolu idi. O məhəllədə böyüyənin orta məktəbi yaxşı-yaman bitirib attestat alması elə təhsili qızıl medalla başa vurmağa bərabərdir. O mühitdə böyüyən cavanlığında qazamatda yox, şofer olub sükan arxasında otura bilsə, bu, ailəsinin bəxtli olmasının nişanəsi də.
 

Belə bir məhəllədə boya-başa çatan Qorxmaz İmanov şöhrəti tək Azərbaycandan yox, ovaxtkı Sovet İttifaqından kənarlara da yayılan görkəmli alim mərtəbəsinə yüksəldi, qoşa övladı - Tahir də, Cabir də yaxşı oxudular, tərbiyəli, ağıllıl böyüdülər, ailə, nəsil ənənələrinə layiq yetişdilər. 
İstedad elə müstəsna sərvət, elə gur işıqdır ki, o mütləq gec-tez bütün parlaqlığı ilə üzə çıxır, ondan hamıya şəfəq payı düşür.


Cabir Azərbaycanın istedadla daşan qiymətli bir yavrusu idi. İstedadının bütün əngin miqyası ilə bərq vurduğu, asta-asta artan yaşın və təcrübənin həmin istedada müdriklik də əlavə etdiyi bir ömür mərhələsində idi. Hələ nə qədər misilsiz əsərlər yarada, bizə nə qədər gözəlliklər bəxş edə bilərdi!
Bircə anın içində hər şey puç oldu. Cabir kimi ilham, zəka, bəsirət, çoxcəhətli qabiliyyət daşıyıcısı oğullar millətin kisəsindən gedir. 
Axı onun yerini doldura biləcək ikinci kəs ola bilməz!Hər istedad Tanrının insanlara nadir bəxşişidir!Heyiflər ki, Yaradanın bu sevimli töhfəsi ilə birgəliyimizin müddəti bunca qısa oldu. Cabirin yoxluğu ilə barışmaq çətindir, çox çətindir. Ötən il Heydər Əliyev sarayında Tahir İmanovun 50 illiyinə həsr edilən yaradıcılıq gecəsi keçiriləndə mən də çıxış etdim. Ertəsi gün qardaşının həmin unudulmaz yubiley axşamını bəzəyənlərdən biri olmuş Cabir də mənə zəng vurub təşəkkür etdi.Elə zarafata salıb dedi ki, mənim də yubileyimdə belə konsert baş tutsa, orda da danışarsız? 
Qayıtdım ki, hər halda dünənkindən daha yaxşı danışaram, çünki artıq yaxşıca məşq etmişəm. Cabirin arzusunu, ona vədimi daha heç vaxt yerinə yetirə bilməyəcəm. Yazı beləymiş, onun yubileyində danışmaq qismətimizdə yoxmuş. Cabir daha heç vaxt 50 yaşına çatmayacaq...
Əzizlərim Könül, Qorxmaz! Çarəmiz nə! Dözün və Cabirin körpə balalarının xatirinə yaşayın!”.
Sara, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Oktyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri