Icma.az
close
up
RU
“Səhər Cabirin zəngini gözləyəcəm”

“Səhər Cabirin zəngini gözləyəcəm”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaşım, əziz qardaşım Cabir İmanov dünyasını dəyişib. Sanki bir yuxunun içindəyəm və onun tez bitməsini istəyirəm”.

Bunları Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti və “Bakılı oğlanlar” KVN Teatrının keçmiş üzvü Murad Dadaşov yaxın dostu Cabir İmanovun vəfatı ilə bağlı “Qafqazinfo”ya açıqlamasında danışıb.

M.Dadaşov onun itkisini belə izah edib:

“Elə gün yox idi ki, bir-birimizin səsini eşitməyək. Gündəlik azı 20-25 dəqiqə danışırdıq. Ona deyirdim ki, “Cabir, bizi kənardan kimsə güdsə, deyər ki, bunlar dəlidir. Nə danışırlar?” Mahnıdan başlayıb, kinoda bitirirdik. O qədər çoxşaxəli bir tarix yaşamışıq ki. Cabir mənim ürəyimin bir parçası idi. Allahın belə dəhşətli günü mənə niyə yaşatdığını başa düşə bilmirəm”.

Xalq artisti sənət yoldaşı olan Cabir İmanovla eyni vaxtda peşəkar fəaliyyətə başlamaqlarından bəhs edib:

“Bütün səhnəciklərdə, səfərlərdə, hər bir işdə bərabər idik. Televiziya təcrübəmiz də eyni gündə başlayıb. O zamanlar “AzTV2”də “Bir cənub şəhərində” adlı layihəyə bərabər başladıq. O gün bu gündür, ailələrimiz, həyat yoldaşlarımız çox yaxındır”.

M.Dadaşov C.İmanovun övladlarına deməyə söz tapa bilmədiyini əlavə edib:

“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım?  Onlar adi bir ata yox, Cabir kimi ata itirdilər. Bu həyatda hər şey öz yolunu tapır, hər şey düzəlir, amma Cabirin itkisi mənim üçün çox böyük zərbədir. Çoxdandır bu cür pis durumda olmamışam.

O cümlə ki var, “Sözün bitdiyi an”. Birtəhər səslənir, o qədər adiləşir amma, bu gecə də qutaracaq, sabah səhər başlayacaq mən Cabirin zəngini gözləyəcəm.

Bu gün onunla vidalaşanda inana bilmirdim ki, biz bir də heç vaxt görüşməyəcəyik. Heç vaxt onu qucaqlayıb, öpüb, bağrıma basıb ürək sözlərimi deyə bilməyəcəm.  Onunla bərabər bu gün mən də öldüm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri