Çad 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Sudanda döyüşlər davam etdiyi üçün Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat BMT-nin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Dünya Qida Proqramı təcili zəruri dəstəyi təmin etmək üçün çalışır, lakin maliyyələşdirmə kifayət deyil, bu da yardım xətlərini təhlükə altına qoyur", - məlumatda bildirilib.
Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb Suveren Şuraya (müvəqqəti idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranmasıdır. Xartumda başlayan toqquşmalar ölkənin başqa bölgələrinə də yayılıb.
Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər ölüb, 14 milyon insan evlərini tərk etməli olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 Aprel 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















