Ukraynada 1,3 milyon vətəndaş veterandır
Axar.az saytına istinadən Icma.az xəbər verir.
1,3 milyondan çox Ukrayna vətəndaşı döyüş veteranı statusu alıb.
Axar.az xəbər verir ki, bu barədə “Liga.net” ölkənin Veteranların İşləri üzrə Nazirliyə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, sentyabrın 1-nə vahid dövlət reyestrinə 1 milyon 326 min 552 ukraynalı daxil edilib.
Belə ki, 2022-ci ilə qədər bu rəqəm 550 mindən çox idi.
Nəşr qeyd edir ki, bu status 2023-cü ildə 324 min, 2024-cü ildə 267 min, bu ilin 9 ayında isə 165 mindən çox vətəndaşa verilib.

