Çad Fransa qoşunlarının yanvarın 31dək ərazisindən çıxarılmasını tələb edir
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini pozan Çad hakimiyyəti həmin ölkənin qoşunlarının 2025-ci ilin 31 yanvar tarixinə qədər ölkədən çıxarılmasını tələb edir.
“Report” xəbər verir ki, bu barədə RFI radiosu Paris və Ncamenadakı (Çadın paytaxtı - red.) mənbələrinə istinadən məlumat yayıb.
Fransa hökumətinə yaxın mənbələr bildiriblər ki, Paris tələbi son tarixlə cümə axşamı axşam saatlarında alıb. Mart ayına qədər geri çəkilmək üçün əsl qrafik çox uzun olduğu üçün rədd edilib.
"Yeddi həftəyə min əsgər və bir çox texnikanı çıxarmaq mümkün deyil", - Fransadakı hərbi mənbə,"Çad hökumətinin sərt hissəsinin təzyiq taktikasından" bəhs etdiyini söyləyib.
Çaddakı mənbə bildirib ki, Ncamena üçün ideal vəziyyət fevralın sonu və müqəddəs Ramazan ayının əvvəlinə qədər fransızların ölkəsinədək getməsi olardı. Hər iki paytaxtda danışıqların konstruktiv şəkildə davam etdirildiyi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 Dekabr 2024 07:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















