Kot dİvuar rəhbərliyi Fransa qoşunlarının ölkədən çıxarılmasını istəyir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 yanvar, AZƏRTAC
Kot d'İvuar Prezidenti Alasana Uattara Fransa qoşunlarının ölkədən çıxarılmasını istəyir.
AZƏRTAC xəbər verir ki, televiziya ilə xalqa müraciətində Uattara bildirib ki, xalq öz ordusunun modernləşdirilməsindən qürur duymalıdır.
“Bu kontekstdə biz, fransız kontingentinin ölkədən koordinasiyalı şəkildə çıxarılmasına qərar verdik” – deyə prezident vurğulayıb.
Qeyd edək ki, noyabrda Qərb mediası Fransanın bu ölkədəki hərbçi sayını 2200-dən 600-ə endirəcəyi barədə məlumat yayıb.
“Euronews” kanalının məlumatına görə, Fransa Afrikadakı hərbi mövcudluğunun 70 faizini itirib. Mali, Niger və Burkina-Fasodakı fransız qoşunları bütünlüklə çıxarılıb. Paris ən böyük kontingenti Cibutidə (1500 hərbçi) və Qabonda (350) saxlamağı düşünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 Yanvar 2025 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















