Çad Prezidenti Makronun Afrikaya qarşı hücumlarından HİDDƏTLƏNDİ
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çad Respublikasının Prezidenti Mahamat İdriss Debi İtno Emmanuel Makronun vaxtilə Fransanın müstəmləkəsi olmuş Afrika ölkələrinə qarşı hücumlarından hiddətlənib.
Redaktor.az xəbər verir ki, bu barədə Çadın “Alwihda” portalı məlumat yayıb.
"Prezident Emmanuel Makronun Afrikaya və afrikalılara nifrət dolu son açıqlamalarına görə qəzəbimi ifadə etmək istərdim. Açığı, düşünürəm ki, o, dövrü səhv salıb", - portal prezidentin sözlərini sitat gətirib.
Mahamat İdriss Debi İtno Çad və digər fransızdilli Afrika ölkələrinin Parislə hərbi əməkdaşlığı dayandırması ilə bağlı Makronun açıqlamasına münasibət bildirib. Fransa Prezidentinin sözlərinə görə, afrikalılar bu qərarı Parislə razılaşdırıblar, lakin bunu açıq şəkildə bəyan etməyiblər və terrorla mübarizədə göstərilən köməyə görə "təşəkkür etməyi unudublar".
"Fransa ilə hərbi əməkdaşlığın dayandırılması Çadın suveren qərarıdır. Burada heç bir ikimənalılığa yer yoxdur", - Mahamat İdriss Debi İtno vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 Yanvar 2025 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















