Icma.az
close
up
RU
Çad Makronun fikrini Afrikaya və afrikalılara qarşı hörmətsizlik kimi qiymətləndirib AZƏRTAC

Çad Makronun fikrini Afrikaya və afrikalılara qarşı hörmətsizlik kimi qiymətləndirib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 7 yanvar, AZƏRTAC

Çad Fransa Prezidenti Emmanuel Makronun bəzi Afrika Sahili ölkələrinin suverenlik qazanmasında fransız qoşunlarının roluna dair bəyanatlarını "Afrikaya və afrikalılara qarşı hörmətsizlik mövqeyi" kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, Çadın xarici işlər naziri və hökumət sözçüsü Əbdürrəhman Kəlamullah bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşdığı bəyanatında yazıb. "Tarix sübut edir ki, Afrika, o cümlədən Çad iki Dünya müharibəsi zamanı Fransanın azad edilməsində həlledici rol oynayıb, lakin bu faktı Fransa heç vaxt qəbul etməyib", - deyə paylaşımda bildirilir.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, azadlıq uğrunda afrikalı əsgərlərin verdiyi böyük qurbanların əhəmiyyəti azaldılıb və onlara bu fədakarlıqlara görə layiqli təşəkkür ifadə edilməyib. Çadlı nazir Fransa rəhbərliyini Afrika xalqına hörmət etməyə və onların qurbanlarının dəyərini tanımağa çağırıb.

Bəyanatda həmçinin iddiaların əksinə olaraq, Fransanın Çad ordusunu heç vaxt əhəmiyyətli dərəcədə təchiz etmədiyi və onun struktur inkişafına töhfə vermədiyi qeyd olunub. Fransanın çətin və qarışıq dövrlərdə “töhfəsi” çox vaxt yalnız öz strateji maraqları ilə məhdudlaşıb və Çad xalqının inkişafı üçün əhəmiyyətli təsir göstərməyib.

Bəyanatda vurğulanıb ki, Prezident Makron Afrikaya “hücum” etmək əvəzinə, öz diqqətini Fransa xalqını narahat edən problemlərin həllinə yönəltməlidir.

Qeyd edək ki, Makron dünən ölkəsinin xarici siyasəti ilə bağlı illik səfirlər konfransında çıxışı zamanı Fransa ordusunun səyləri sayəsində bəzi Afrika Sahili ölkələrinin indi suveren dövlət olduqlarını bildirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri