Icma.az
close
up
RU
Cadugərin çörəyi O. Henrinin hekayəsi

Cadugərin çörəyi O. Henrinin hekayəsi

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

11 sentyabr görkəmli Amerika yazıçısı O. Henrinin doğum günüdür.

Kulis.az bu münasibətlə yazıçının "Cadugərin çörəyi" hekayəsini təqdim edir.

Marta Meçamın küçənin tinində kiçik bir un məmulatları dükanı var idi. Qarşısında üç pillə olan və qapıdan içəri girəndə zəng çalınan yeri deyirəm.

Qırx yaşlı Martanın bank hesabında iki min dolları, ağzında iki süni dişi və yumşaq ürəyi var idi. İmkanları Martanınkından dəfələrlə az olanların çoxu çoxdan ərə getmişdi.

Dükana həftədə iki-üç dəfə gələn bir müştəri onda maraq oyatmışdı. Orta yaşlı, eynəkli, sarımtıl saqqalı səliqəylə vurulmuş bir kişi idi. Kişi ingilis dilində alman ləhcəsi ilə danışırdı. Paltarı qırış-qırış, yamaqlı və nimdaş idi, üst-başı tökülürdü. Ancaq yenə də səliqəli görünürdü. Həm də ədəb-ərkan bilən biriydi.

Həmişə iki boyat çörək alırdı. Təzə çörəyin biri beş sentə satılırdı. Bu qiymətə iki boyat çörək almaq olurdu. Kişi boyat çörəkdən başqa heç nə almırdı.

Bir gün Marta onun barmaqlarında qırmızı və qəhvəyi boya izləri gördü. Ancaq bundan sonra onun kasıb bir rəssam olduğuna əmin oldu. İndi şübhə etmirdi ki, o, çardaqda yaşayır, rəsmlərini də elə orada çəkir, boyat çörək yeyərkən isə Martanın dükanındakı dadlı yeməkləri düşünür.

Marta tez-tez üzərində mürəbbə, isti çörək dilimləri və çay olan masa arxasında əyləşdiyi zaman köks ötürər, soyuq çardaqda quru çörək yeyən nəzakətli rəssamı öz zəngin süfrəsinə qonaq etməyi arzulayardı. Əvvəldən də dediyim kimi, Marta ürəyiyumşaq idi.

Kişinin peşəsi haqqında olan fərziyyəsini isbat etmək üçün, o vaxt hərracda aldığı tablonu otağından gətirib piştaxtanın arxasındakı divardan asdı. Tabloda Venesiya mənzərəsi təsvir edilmişdi. Ön planda, sanki suya gömülmüş dəbdəbəli mərmər bir saray vardı (tablonun üstündə belə yazılmışdı). Rəsmin qalan hissəsində qayıqlar (bir qadın əlini suya salmışdı), buludlar, səma və işıq kölgələri təsvir edilmişdi. Heç bir rəssam belə bir mənzərəni nəzərdən qaçıra bilməzdi.

İki gün sonra müştərisi gəldi. «Zəhmət olmasa, iki boyat çörək verərdiniz» — dedi, «Gözəl tablonuz var, madam», — deyə Marta çörəkləri kağıza bükəndə əlavə etdi.
Marta öz hiyləgərliyindən zövq alaraq:
— Doğrudan? Mən incəsənətin və rəsm əsərlərinin vurğunuyam (yox, bu qədər tez «sənətkarların» demək düz olmazdı), — deyə sözünü tamamladı. Həqiqətən də, yaxşı tablo olduğunu düşünürsünüz?

Müştəri dedi:
— Sarayı düz çəkməyiblər. Perspektivi düzgün deyil. Gününüz uğurlu olsun, madam.
O, çörəkləri götürdü, başıyla xəfifcə təzim etdi və tələsik getdi.* Bəli, doğru düşünürdü, rəssam idi. Marta tablonu otağına apardı.

Gözləri eynəyin arxasından necə nəzakət və mərhəmətlə parlayırdı. Necə də nəzakətlə baş əydi. Bir baxışdan rəsmin perspektivi haqda mühakimə yürütmək qabiliyyəti, üstəlik də, quru çörəklə yaşamaq. Amma dahilərin hamısı məşhur olanadək belə çətinliklərlə üzləşirlər.

Belə bir dahi bankda iki min dolları, un məmulatları dükanı və yumşaq ürəyi olan biri tərəfindən dəstəklənsəydi, incəsənət üçün necə də yaxşı olardı… Ehh, Marta, Marta… Bunlar hamısı xəyal idi.

İndilərdə isə, rəssam gələndə piştaxtanın qarşısından Marta ilə söhbət edirdi. Hiss olunurdu ki, kişinin Martanın xoş sözlərindən ötrü ürəyi gedir. Kişi boyat çörək almağa davam edirdi. Başqa heç nə almırdı. Nə tort, nə piroq, nə də dadlı kökə. Çörəkdən başqa heç nə...

Marta onun sınıxdığını və getdikcə bədbinləşdiyini düşünməyə başlamışdı. Martanın ona ürəyi yanırdı, onun aldığı bu quru çörəyə nəsə yaxşı bir şey əlavə etmək istəyirdi, amma buna cəsarəti çatmırdı. Onu təhqir etmək istəmirdi. Sənətkarların necə qürurlu olduqlarından xəbəri vardı.
Marta piştaxtanın arxasında mavi xallı ipək köynəyini geyindi. Arxa otaqda heyva toxumlarıyla kimyəvi bir turşunu qarışdırıb sirli qatışıq hazırladı. Çoxları dərisi üçün bundan istifadə edirdi.


Bir gün yenə həmin müştəri dükana gəldi, həmişəki kimi pulu piştaxtanın üstünə qoyub boyat çörək istədi. Marta çörəkləri götürmək üçün təzəcə əyilmişdi ki, yanğınsöndürən maşın qulaqbatırıcı səslə dükanın qarşısından keçdi. Müştəri hamı kimi, baxmaq üçün qapıya tələsdi. Qəfildən Martanın ağlına fikir gəldi və fürsəti əldən vermədi.

Piştaxtanın arxasındakı rəfdə südçünün on dəqiqə əvvəl gətirdiyi yarım kilo təzə kərə yağı vardı. Marta bıçaqla hər iki çörəyi ortadan kəsib, aralarına bolluca yağ sürtdü və çörəkləri yenidən birləşdirdi.
Müştərisi piştaxtaya tərəf çevriləndə Marta çörəkləri kağıza bükürdü.
Kişi həmişəkindən fərqli şən və qısa söhbətdən sonra çıxıb getdi. Marta öz-özünə gülümsünür, ürəyi həyəcanla döyünürdü.

Görəsən, həddini çox aşmamışdı? İnciməzdi ki? Şübhəsiz ki, yox. Yeməklərin ki dili-ağzı yox idi. Subay qızların həddini aşması kərə yağıyla ölçülmürdü...

Həmin gün elə hey bu barədə düşündü. Kələyinin üstü açılanda nələr olacağını fikrində canlandırdı.
O, palitrasını və fırçalarını əlindən yerə qoyacaqdı. Kənarda molbertinin üzərində dəqiq perspektivli, qüsursuz tablosu olacaqdı. Boyat çörək və sudan ibarət səhər yeməyini hazırlayacaqdı. Çörəyi dilimləyəcəkdi… və ah! Marta qızardı. Görəsən, çörəyi yeyəndə yağı ora sürtən əli düşünəcəkdimi?* Qapının zəngi bərk çalındı. Kimsə hay-küylə içəri girirdi.

Marta qapıya tərəf tələsdi. İki kişi gəlmişdi. Biri heç vaxt görmədiyi cavan idi, qəlyan çəkirdi. Digəri isə daima düşündüyü rəssam.
Rəssamın üzü qızarmış, şlyapası boynuna düşmüş, saçları da dağılmışdı. Yumruqlarını sıxıb Martanı hədələyirdi.
— Axmaq! — deyə, bərkdən qışqırdı, sonra isə almanca Martanın da anlamadığı bir neçə söz dedi.
Dostu onu kənara çəkməyə çalışdı.
«Ona sözümü deməmiş heç yana getmərəm», — deyə hiddətləndi. Rəssam Martanın piştaxtasını yumruqlarıyla nağara kimi döyəcləyirdi.

Eynəyinin arxasındakı mavi gözlərində alov parlayırdı: «Məni məhv etdin», — deyə qışqırdı, Hə, deyəcəm sənə, sən hər işə burnunu soxan cadugərin birisən!".
Marta taqətdən düşmüş halda piştaxtaya söykəndi və əlini ürəyinin üstünə qoydu.
Kişi rəssamı yaxasından tutub: «Gəl də, kifayət qədər danışdın, daha bəsdir».
O, əsəbi dostunu çəkib qapıdan çölə çıxardı və geri qayıtdı:

— Məncə, nə baş verdiyini bilsəniz yaxşı olar, xanım. O, Blumbergerdir, çertyojçudur. Mən onun iş yoldaşıyam. Üç aydır ki, yeni şəhər bələdiyyəsi binasının çertyoju üzərində işləyirdi. Çertyoj üçün müsabiqədə o da iştirak edirdi. Dünən bütün cizgiləri qələmlə haşiyələyib bitirmişdi. Bildiyiniz kimi, çertyoju əvvəlcə karandaşla çəkirlər. O, həmişə çertyoju çəkib qurtarandan sonra karandaş izlərini bir ovuc boyat çörəklə silir. Çörək pozandan yaxşıdır. Blumberger çörəkləri sizdən alırdı. Bu gün isə… bilirsiniz, xanım, o yağ… həmin yağ Blumbergerin çəkdiyi çertyoju tamam korladı. İndi o çertyoj sendviç bükməkdən başqa heç nəyə yaramaz.

Marta arxa otağa keçdi. Mavi xallı ipək köynəyini çıxardı, həmişə geydiyi köhnə qəhvəyi donunu geyindi. Sonra da heyva toxumlarından hazırladığı qatışığı pəncərədən aşağı, zibilqabına tulladı.

İngilis dilindən tərcümə etdi: Nigar Yəhyazadə

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak etdi Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi? “The Sopranos” serialının "Müşavir"i vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see271

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see268

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see260

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see245

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see236

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see232

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see222

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see220

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see216

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see214

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see202

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see199

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see195

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see191

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see191

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see184

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see180

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see177

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see174

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri