Icma.az
close
up
RU
Çörəyi qadından çıxanlar

Çörəyi qadından çıxanlar

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bu gün ölkəmizdə televiziyanı, yutub kanallarını, feysbuk və tiktok səhifələrini bəzəyən bəzi "mütəxəssislər" var. Adlarının qarşısına "filosof", "psixoloq", "iqtisadçı" kimi titullar yazırlar. Di gəl ki, bu adamlar bir çox halda ya öz sahələri üzrə danışmırlar, ya da ucundan-qulağından 3-4 cümlə deyib tez keçirlər əsas mövzularına. Əsas mövzuları bilirsiniz də nədir? Təbii ki, qadınlar.

Qadınların geyimi, qadınların danışığı, qadınların tərbiyəsi, qadınların evlənmək ya boşanmaq istəyi, qadınların işləməsi ya evdə oturması... Sanki başqa mövzu yoxdur.

Bu adamlar daha çox məhəllədə bir divara söykənib “astav” siqaret çəkən qaqaşların ritorikasında danışırlar. Nə yalan deyim, yaxşı da tutuzdururlar. Belə deyək, qaqaşların və qaqaşkimilərin o baaapbalaca diqqət mərkəzinə girə bilirlər. Ora girmək də ki, su içməkdən daha asandır. “Hindiki qızdar çox pozuluplar” deyirsən, olursan filosof, ya da psixoloq. Seçimi də sənə buraxırlar. İkisindən birini seçə bilərsən. Konfutsinin hara filosofu olduğunu bilirsənsə, məsləhətdir ki, bundan sonra çıxışlarını “filosof” kimi edəsən.

Konfutsi demişkən...

Filosof olduğunu iddia edən Müşfiq Şükürovun fəlsəfi mühakimələri 5-ci sinif şagirdinin məntiqindən uzağa getmir. "Qadın ana olmalıdır", "Qadın tərbiyəli olmalıdır", "Qadın ərinin sözünə qulaq asmalıdır" kimi fikirləri özü üçün aksioma hesab edir. Hara getsə, nədən danışsa, mütləq qadına bağlayır.

İqtisadçı Fərhad Pərvizi isə sanki iqtisadiyyatı unudub. Dünya bazarında neft qiymətlərini yox, qadının ərə getmə yaşını təhlil edir. Ən pis cəhəti də budur: bu adamlar özlərini "mütəxəssis" kimi təqdim etdikləri üçün danışdıqları zərərli fikirlər ictimai təsir doğurur. Onlar təkcə özlərini biabır etmirlər, eyni zamanda, bütöv bir nəslin beynini yuyurlar.

Psixoloq Nizami Orucovun isə psixologiya ilə əlaqəsi sadəcə lüğət səviyyəsindədir. O, insan psixologiyasını anlamaqdan çox, qadının əri ilə necə davranmalı olduğunu izah etməklə məşğuldur. Müalicə etmək əvəzinə, hökm verir.

Ən gülməlisi odur ki, bu adamların hər biri öz təcrübələrinə əsaslanır. Hərə gördüyü bir-iki qadının davranışına baxıb cəmiyyətin qadın modeli haqqında hökmlər verir.

Məsələn, biri deyir:

"Bugünkü qadınlar artıq səbirli deyil".

Haradan bilir? Həyatında neçə qadın tanıyıb ki, bu cür ümumi nəticəyə gəlir?

Digəri deyir:

"Qadınlarımız artıq evliliyə dəyər vermirlər".

Bunu hansı riyazi model, hansı sosial tədqiqat sübut edir? Yoxdur! Varsa da, bizə məlum deyil. Özləri üçün siyahı tərtib eləyiblər, yatanda oxuyub yastıqlarının altına qoyurlar, səhər durub təzədən oxuyurlar. İstəyirlər ki, biz də oxuyaq və onların dedikləri kimi yaşayaq. Məsələn, deyək ki, qadınlar azı 5 uşaq doğmalıdır.

Bu, sadəcə savadsızlıq deyil, həm də intellektual məsuliyyətsizlikdir. Elm adamı özünü və fikirlərini yoxlamalı, qarşı tərəfə hörmətlə yanaşmalıdır. Amma bunlar qadını yalnız ya tənqid edəcək obyekt, ya da "tərbiyələndirməli" subyekt kimi görür. Nəticə? İctimai zəhərlənmə. Cəmiyyətin qadına baxışı dardırsa, bunun səbəbkarları həm də bu adamlardır. Çünki bu adamlar cəmiyyətə “intellektual”, “filosof”, “psixoloq” və s. kimi sırınır. Adamlar da baxır ki, hə də, adam filosofdu, bir bildiyi var.

Onlar efirə çıxır, bəzən universitet auditoriyalarında danışırlar, sosial şəbəkələrdə viral olurlar. Amma bunlar nə filosofdurlar, nə psixoloq, nə də iqtisadçı. Bunlar sadəcə qadın mövzularından çörəkpulu qazanan adamlardır.

Əslində, bu adamların qadınla problemi qadını başa düşməməkdən başlayır. Onlar qadının azad seçimindən, sərbəst fikrindən, öz həyatını özü müəyyən etməsindən qorxurlar. Bu qorxu isə özlərinin zəifliyindən, nəzarəti itirmək qorxusundan doğur. Qadını yalnız xidmət göstərən, itaət edən varlıq kimi görməyə öyrəşmiş beyinlər üçün 21-ci əsrin qadını əlbəttə ki, anlaşılmaz və təhlükəli görünür. Bu səbəbdən də onları susdurmaq, "tərbiyələndirmək", "yola gətirmək" üçün bir səlib yürüşünə çıxıblar. Və üzlərinə filosof, psixoloq, iqtisadçı maskası taxıblar.

Niyə bu adamların başqa mövzusu yoxdur? Çünki onlar yalnız qadın haqqında danışmağı bacarırlar. Çünki bu mövzu onları sadə auditoriya qarşısında “maraq dairəsində” saxlayır. Elmdən danışmağa gəldikdə isə susurlar.

Gülməli odur ki, bu kişilər hər gün qadınlar haqqında danışa-danışa, əslində, qadınları yox, özlərini ifşa edirlər. Məsələn, biri deyir: "Qadınlar kişiləri istismar edir". Əslində, bu cümlə onun öz həyatında yaşadığı bir-iki münasibənin nəticəsidir. Bir qadından qarşılıq görməyib və bu təcrübəsini bütöv cəmiyyətə şamil edir. Əgər bu adamlar şəxsi problemlərini psixoloqa yox, efirə daşıyırsa, bu, artıq şəxsi faciənin ictimai problemə çevrilməsi deməkdir.

Bu adamları tənqid edənlər, adətən, şifahi şəkildə edirlər. Ancaq yox, onlar haqqında yazmaq lazımdır, özü də necə lazımdır. Düzdü, onlar yenə də qadından və qadın mövzularından əl çəkməyəcəklər, çünki, dediyim kimi, çörəkləri bundan çıxır, ancaq burda məqsəd onları yox, onlara olan münasibəti dəyişməkdir. Səd heyif ki, bu adamları az qala “dahi” hesab eləyənlər də var. Bizdə ən asan şey elə dahi olmaqdır.

Təklif eləyirəm ki, gələcəkdə bu adamlar üçün ayrıca bir televiziya kanalı açılsın. Adı da belə olsun: "Qadın TV: Hər şey qadından". Burada günün 24 saatı qadınları necə idarə etməyin yolları danışılacaq, qadınların hansı yaşda evlənməsi, neçə uşaq doğması, hansı rəng paltar geyinməsi, hansı çəkidə olmasının müzakirəsi aparılacaq. Beləcə, bu "mütəxəssislər" öz aralarında o qədər danışacaqlar ki, bir gün ya susacaqlar, ya da nəhayət, başa düşəcəklər: qadın həyatın bir hissəsidir, amma həyat təkcə qadınlardan ibarət deyil.

Filosof olmaq qadın tənqidçisi olmaq deyil. Psixoloq olmaq qadına hökm etmək deyil. İqtisadçı olmaq qadınların sosial rolunu müəyyənləşdirmək deyil. Əgər bu adamların tək müzakirə mövzusu qadınlardırsa, o zaman onların vəzifələrini dəyişmək lazımdır. Məsələn, qadınşünas.

Və bir gün gələcək, bu cür adamlara güləcəyik. Amma bu gülüşdən əvvəl onların susmasına, cəmiyyətin onları ifşa etməsinə ehtiyac var.

Siqaret kişilərin seksual həyatına necə təsir edir? “İlk öpüşdüyüm oğlan indi geydir” “Döyüş klubu”un müəllifindən məsləhətlər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 İyul 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see226

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see224

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see224

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see224

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see217

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see212

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see207

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see190

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see186

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see185

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see182

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see174

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see173

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see171

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see171

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see169

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see168

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see166

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see165

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri