Icma.az
close
up
RU
Caduya görə adını, dinini dəyişənlər var” Zirəddin Rzayevdən XƏBƏRDARLIQ

Caduya görə adını, dinini dəyişənlər var” Zirəddin Rzayevdən XƏBƏRDARLIQ

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi insanlar müxtəlif psixoloji səbəblərlə – keçmiş travmalardan uzaqlaşmaq, özünü yenidən kəşf etmək, cinsi kimlik və ya şəxsiyyət uyğunluğunu ifadə etmək məqsədilə – adlarını dəyişmək istəyirlər. Bu dəyişiklik bəzən hüquqi olaraq rəsmiləşdirilsə də, bəzən sadəcə gündəlik həyatlarında yeni adla tanınmaq istəyirlər.

Bəs ad dəyişdirmək istəyən insanlarda bu qərarın arxasında adətən hansı psixoloji səbəblər dayanır?

Yenisabah.az məsələni kliniki psixoloq -ezoterik Zirəddin Rzayevlə müzakirə edib. Ekspert son dövrlərdə həmin məsələnin aktuallaşdığını bildirib: Pepperoni pizza

“Bu, çox aktual mövzudur. Son zamanlarda adını, soyadını, ata adını dəyişən insanlara rast gəlirəm. Belə insanlarda həmin məsələ psixoloji travmadan başqa istiqamətə də yönələ bilir. Zəif iradəli insanlar olur ki, bəzən öz uğursuzluqlarını adların üzərinə atırlar. Yəni uğursuz olduqları üçün kimlərisə günahlandırırlar. Beləliklə, insanlar adlarını dəyişdikdə daha uğurlu olacaqlarını düşünürlər. Mənim yanıma gələn bir şəxs xristian dinini qəbul etdiyini demişdi. Buna səbəb olaraq bildirmişdi ki, ona cadular edilib və batil olması üçün dinini dəyişdirməsi məsləhət görülüb, həmçinin adını da bu dinə uyğun qoyması deyilib ki, edilən əməllər ona təsir etməsin.

Adlar və hərflərin özünə uyğun mənası var. Yəni bu məsələ təsadüfi deyil. Həm qəzəl yazıram, həm də Nəsiminin fanatıyam. Nəsimi, Nəimi kimilər hürufi olublar. Hürufilər hər şeyin hərflərdən ibarət olduğunu iddia ediblər və dünyanın özünün belə hərflər üzərində qurulduğunu deyiblər. Hətta qız qalasına yuxarıdan baxdıqda ərəb əlifbasındakı  "vav" (و ) hərfinə oxşadığını da görmək olar. İnsanın qaş-gözü birlikdə Nun (ن) hərfini xatırladır. Bütün bunlar təsadüf deyil. Mən inanıram ki, hərflər dəyişəndə insanların həyatında hansısa dəyişiklər olur. Amma bu o demək deyil ki, həyatımızdakı bütün uğursuzluqları adların və hərflərin üzərinə yıxmalıyıq”.

Z.Rzayev vurğulayıb ki, doğurdan da bəzən ad qoyanda onun uğursuzluğunun şahidi oluruq:

“Məsələn, İyuda, Müaviyə kimi adları uşaqlara vermək olmaz. Yaxud qohum-əqrəbada faciəvi şəkildə ölən insanların adını övlada verilməsinin əleyhinəyəm. Çünki həmin adamın taleyini yaşamasa da, uğursuzluğunu mütləq yaşayacaq. Düşünün ki, insan üzərində uğursuz bir əşya gəzdirir. Ad da elə bunun kimidir.

Bir məsələ də var ki, insan adını bilərəkdən dəyişdirir, ya həmin ad gəlib insanı tapır. Məsələn, valideyn deyir ki, uşağının adı Əhməd olsun. Yuxuda qoyulan adlar da var. Ad, ata adı, soyadla üst-üstə düşən adlar da uğurlu sayılır. Ancaq bunu məqsədyönlü etməmək lazımdır. Belə olduqda onların effekti itir. Məsələn, ulu öndərimiz Heydər Əliyevin adını da burada misal göstərmək olar. İmam Əlinin (əleyhissalam) adlarından biri Heydərdir. Ona “Ya Heydər” deyirlər. Liderimizin adında isə hər iki isim əks olunub: Həm Heydər, həm Əli. Həmçinin atasının da adında “Əli” ismi keçir. Beləliklə, eyni adın 3 istiqamətdə olması dünyaca məşhur siyasətçinin ortaya çıxmasına səbəb olub. 

Yekun olaraq, bütün bu kimi məsələləri nəzərə alanda adların insan həyatındakı əhəmiyyətli rolunun da fərqinə varmış oluruq. Yəni, ad insanın şəxsi həyatına, karyerasına təsir edən amillərdəndir”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri