Icma.az
close
up
RU
“Caduya görə adını, dinini dəyişənlər var” Zirəddin Rzayevdən XƏBƏRDARLIQ

“Caduya görə adını, dinini dəyişənlər var” Zirəddin Rzayevdən XƏBƏRDARLIQ

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Bəzi insanlar müxtəlif psixoloji səbəblərlə – keçmiş travmalardan uzaqlaşmaq, özünü yenidən kəşf etmək, cinsi kimlik və ya şəxsiyyət uyğunluğunu ifadə etmək məqsədilə – adlarını dəyişmək istəyirlər. Bu dəyişiklik bəzən hüquqi olaraq rəsmiləşdirilsə də, bəzən sadəcə gündəlik həyatlarında yeni adla tanınmaq istəyirlər.

Bəs ad dəyişdirmək istəyən insanlarda bu qərarın arxasında adətən hansı psixoloji səbəblər dayanır?

Tribunainfo.az  bildirir ki,yenisabah.az məsələni kliniki psixoloq -ezoterik Zirəddin Rzayevlə müzakirə edib. Ekspert son dövrlərdə həmin məsələnin aktuallaşdığını bildirib:

“Bu, çox aktual mövzudur. Son zamanlarda adını, soyadını, ata adını dəyişən insanlara rast gəlirəm. Belə insanlarda həmin məsələ psixoloji travmadan başqa istiqamətə də yönələ bilir. Zəif iradəli insanlar olur ki, bəzən öz uğursuzluqlarını adların üzərinə atırlar. Yəni uğursuz olduqları üçün kimlərisə günahlandırırlar. Beləliklə, insanlar adlarını dəyişdikdə daha uğurlu olacaqlarını düşünürlər. Mənim yanıma gələn bir şəxs xristian dinini qəbul etdiyini demişdi. Buna səbəb olaraq bildirmişdi ki, ona cadular edilib və batil olması üçün dinini dəyişdirməsi məsləhət görülüb, həmçinin adını da bu dinə uyğun qoyması deyilib ki, edilən əməllər ona təsir etməsin.

Adlar və hərflərin özünə uyğun mənası var. Yəni bu məsələ təsadüfi deyil. Həm qəzəl yazıram, həm də Nəsiminin fanatıyam. Nəsimi, Nəimi kimilər hürufi olublar. Hürufilər hər şeyin hərflərdən ibarət olduğunu iddia ediblər və dünyanın özünün belə hərflər üzərində qurulduğunu deyiblər. Hətta qız qalasına yuxarıdan baxdıqda ərəb əlifbasındakı “vav” (و ) hərfinə oxşadığını da görmək olar. İnsanın qaş-gözü birlikdə Nun (ن) hərfini xatırladır. Bütün bunlar təsadüf deyil. Mən inanıram ki, hərflər dəyişəndə insanların həyatında hansısa dəyişiklər olur. Amma bu o demək deyil ki, həyatımızdakı bütün uğursuzluqları adların və hərflərin üzərinə yıxmalıyıq”.

Z.Rzayev vurğulayıb ki, doğurdan da bəzən ad qoyanda onun uğursuzluğunun şahidi oluruq:

“Məsələn, İyuda, Müaviyə kimi adları uşaqlara vermək olmaz. Yaxud qohum-əqrəbada faciəvi şəkildə ölən insanların adını övlada verilməsinin əleyhinəyəm. Çünki həmin adamın taleyini yaşamasa da, uğursuzluğunu mütləq yaşayacaq. Düşünün ki, insan üzərində uğursuz bir əşya gəzdirir. Ad da elə bunun kimidir.

Bir məsələ də var ki, insan adını bilərəkdən dəyişdirir, ya həmin ad gəlib insanı tapır. Məsələn, valideyn deyir ki, uşağının adı Əhməd olsun. Yuxuda qoyulan adlar da var. Ad, ata adı, soyadla üst-üstə düşən adlar da uğurlu sayılır. Ancaq bunu məqsədyönlü etməmək lazımdır. Belə olduqda onların effekti itir. Məsələn, ulu öndərimiz Heydər Əliyevin adını da burada misal göstərmək olar. İmam Əlinin (əleyhissalam) adlarından biri Heydərdir. Ona “Ya Heydər” deyirlər. Liderimizin adında isə hər iki isim əks olunub: Həm Heydər, həm Əli. Həmçinin atasının da adında “Əli” ismi keçir. Beləliklə, eyni adın 3 istiqamətdə olması dünyaca məşhur siyasətçinin ortaya çıxmasına səbəb olub.

Yekun olaraq, bütün bu kimi məsələləri nəzərə alanda adların insan həyatındakı əhəmiyyətli rolunun da fərqinə varmış oluruq. Yəni, ad insanın şəxsi həyatına, karyerasına təsir edən amillərdəndir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 İyul 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri