Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Çağdaş etnomusiqişünaslıq üçün zəngin mənbə

Çağdaş etnomusiqişünaslıq üçün zəngin mənbə

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Abbasqulu NƏCƏFZADƏ
Sənətşünaslıq elmləri doktoru, professor
[email protected]

Azərbaycanın elmi mühitində və onun hüdudlarından çox-çox uzaqlarda da yaxşı tanınan Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Fəttah Xalıqzadə ardıcıl və məqsədyönlü fəaliyyəti ilə elmimizə qiymətli töhfələr bəxş edib. O, İCTM-nin (Beynəlxalq Ənənəvi Musiqi Şurası) və onun nəzdində yaradılmış "Türkdilli xalqların musiqisini öyrənən tədqiqat qrupu"nun icraçı üzvü olmaqla yanaşı, həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəniyyət Abidələrinin qorunub saxlanılması üzrə komissiyasının da üzvüdür.

Fəttah Xalıqzadənin elmi potensialından, bir çox araşdırmaçılar kimi, biz də yetərincə bəhrələnirik. O, ixtisasca etnomusiqişünas olsa da, tədqiqat sahəsi çox genişdir: ritm nəzəriyyəsi, Azərbaycan xalq musiqisinin etnomusiqişünaslıq məsələləri, qorqudşünaslıqda musiqi, aşıq sənəti, musiqi türkologiyası, müqayisəli sənətşünaslıq, terminologiya, üzeyirbəyşünaslıq və sair. Bütün bu səpkili araşdırmaları kiçik bir qəzet məqaləsində təhlil etmək, onlara geniş münasibət bildirmək mümkünsüzdür. Məhz buna görə Fəttah Xalıqzadənin yalnız əsərlərindən bəhrələndiyim iqtibasların üzərində quraraq, diqqəti bu məsələyə yönəldəcəyik.

"Kitabi-Dədə Qorqud" dastanında çalğı alətləri (tədqiqat və lüğət)" adlı monoqrafiya hazırlayarkən Fəttah Xalıqzadənin iki məqaləsindən faydalanmışıq: "Kitabi-Dədə Qorqud"un musiqi sözlüyü". ("Kitabi-Dədə Qorqud" (məqalələr toplusu). Bakı. "Elm", 1999) və "Kitabi-Dədə Qorqud" və musiqi poetikasının bəzi məsələləri" ("Musiqi dünyası" jurnalı №2, 2000).

Öncə bildirək ki, qorqudşünaslıqda musiqi mövzusu Fəttah müəllimin yaradıcılığında qırmızı xətlə keçir və olduqca önəmli bir yer tutur. Bu zaman belə bir sual yaranır: Fəttah müəllimin yaradıcılığındakı ən mühüm xüsusiyət hansılardır?

Əvvəla, o, hətta ən kiçik məqalə belə yazdıqda ona böyük məsuliyyətlə yanaşır. Onun məqalələrinin hər birini kiçik elmi iş də adlandırmaq olar. Yəni Fəttah müəllim məqalələrində toxunduğu problemi, məsələnin qoyuluşunu, mövzunun məqsədini, elmi yeniliyini, tətbiqi və əhəmiyyətini aydın şəkildə oxucusuna çatdıra bilir. Belə ki, o, az sözlə lakonik şəkildə böyük bir fikri ifadə etmək bacarığına malikdir. Məsələn, "Kitabi-Dədə Qorqud"un musiqi sözlüyü" məqaləsində yazır: "Kitabi-Dədə Qorqud" boyları həmçinin o zamankı musiqi sənətinin inkişaf səviyyəsi, ictimai vəzifələri və təsir qüvvəsi haqqında da müəyyən təsəvvürlər oyadır, qədim çalğı alətlərini, musiqi ilə bağlı maraqlı ifadə və deyimləri canlı şəkildə əks etdirir".

F.Xalıqzadə adıçəkilən musiqi sözlüyündə "Kitabi-Dədə Qorqud" dastanını qonşu elm sahələrinin mütəxəssisləri tərəfindən daha çox tədqiq etdiklərini bildirir. O, haqlı olaraq musiqişünasların bu mövzunun işlənilməsində digər elmlərlə (dilçilik, ədəbiyyatşünaslıq, mifologiya, etnoqrafiya, fəlsəfə və s.) müqayisədə elə də nəzərə çarpacaq uğurlar əldə etmədiklərini yazır.

Həqiqətən, "Kitabi-Dədə Qorqud" dastanının ədəbi-bədii, linqvistik, tarixi-coğrafi, fəlsəfi-psixoloji, etnoqrafik və etnogenetik təhlilinə dair onlarca əsər yazılıb. Təəssüf ki, bu dastan indiyədək musiqişünaslıq baxımından (bir neçə məqalə və hazırladığımız "Kitabi-Dədə Qorqud" dastanında çalğı alətləri (tədqiqat və lüğət)" istisna olunmaqla) geniş şəkildə araşdırılmayıb.

Daha dəqiqi, belə bir boşluq bizi həmin mövzuda - musiqişünaslığın müstəqil sahələrindən biri olan alətşünaslıq kontekstində tədqiqat aparmağa sövq etdi. Nəticədə, orqanoloji baxımından "Kitabi-Dədə Qorqud" dastanında çalğı alətləri (tədqiqat və lüğət)" adlı monoqrafiya ərsəyə gəldi. Bu monoqrafiyada öncə dastanda musiqi alətlərinin adını dəqiqləşdirməyi qarşıya məqsəd qoyduq. Əsərin mətnində bəzən bir sözün, hətta bir hərfin təhrif edilməsi tədqiqat prosesində ciddi yanlışlıqlara səbəb ola bilər. Belə təhriflərə bir sıra əsərlərdə bənzər çalğı alətlərinin adlarında da təsadüf edilir: çəng-cəng, harmon-qarmon, qaval-kaval, balaban-baraban, rud-ud, setar-sitar, şeştar-şeştay, tütək-tülək, yektar-yektay və sair.

Qolça qopuzu bir sıra tədqiqatçılar müxtəlif mövqelərdən araşdırmışlar. Nümunə üçün tarixçi, akademik Teymur Bünyadov (1928-2022), sənətşünas-alimlər - Səadət Abdullayeva (1940-2017), Məcnun Kərim (1945-2013), Fəttah Xalıqzadə, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, bu sətirlərin müəllifi və başqa alimlərin adlarını qeyd edə bilərik.

F.Xalıqzadə "Kitabi-Dədə Qorqud"un musiqi sözlüyü" adlı məqaləsində qopuzun sözaçımı ilə bağlı olduqca maraqlı məlumat verir: "Ozanların ən başlıca musiqi alətinin adı - qopuz sözünün etimologiyası hələ də qaranlıq məsələ olaraq qalır. Belə ki, qopuz sözü ilə qopsamaq, qobzamaq və ya qovzamaq feili arasında müəyyən bir bağlılıq olsa da, onların hansı birinin ilkinliyini söyləmək asan deyildir. Bir tərəfdən alətin adı həmin feildən törəyə bilərdi. Digər tərəfdən isə sözün tərkibindəki "buz", "puz" hissəsinə təqlidi əhəmiyyət də verilə bilər". Bu iqtibasdan "Etnoorqanologiya" adlı dərslikdə istifadə etmişik. Xatırladaq ki, Fəttah Xalıqzadə həmin "Etnoorqanologiya" dərsliyinin elmi redaktorudur.

2022-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə türkcə nəşr olunmuş "Azerbaycan milli üflemeli çalgı aletleri (organolojik-tarihsel araştırma)" adlı monoqrafiyamızda da Fəttah Xalıqzadənin elmi fikirlərinə yer ayırmışıq. Kitabda deyilir: "Çalgı aleti olan düdüğün adı "Kitabı-Dede Korkut" destanında benzetme manasında kullanılmaktadır. Burada düdüğün bir müzik aleti olarak kendine özgü özelliği, spesifik hususiyeti ve sabit sesi dikkate celbedilir. Yani aletin sesinin şorultulu performansı (şoruldatarak icrası) bildirilir. F.Halikzade düdüğün sesinin "kan akışına benzemesini", enstrümanın uzun ve devamiyetli bir sese sahip olduğunu yazar".

Deyilənlər Azərbaycan türkcəsində belə səslənir: "Çalğı aləti düdük "Kitabi-Dədə Qorqud" dastanında bənzətmə mənasında işlədilmişdir. Burada düdüyün spesifik xüsusiyyəti - alətin səsinin davamlı olması və şorultulu ifası diqqətə çatdırılır. F.Xalıqzadə düdüyün səsinin "qanın axmasına bənzədildiyini", yəni alətin uzun və davamlı səsi olduğunu bildirir".

Xatırladaq ki, F.Xalıqzadənin bu fikirlərindən "Musiqi" adlı bitikdə, "Nəsirəddin Tusinin icad etdiyi mehtər düdüyü (kələnay) çalğı aləti" adlı məqalədə istifadə etmişik. Həmin bitiyin III fəslində "Koroğlu səhəri" rəqsindən bəhs edərkən Fəttah Xalıqzadənin "Üzeyir Hacıbəyli və folklor" əsərində bu rəqsin melodiyasının not nümunəsinə (instrumental halda və təksəsli şəklində) rast gəldiyimizi də bildirmişik.

"Koroğlunun çöllü bəndi"nin melodiyasının not nümunəsini (instrumental halda) Fəttah Xalıqzadə "Üzeyir Hacıbəyli və folklor" əsərində təqdim edib. Bununla bağlı da "Musiqi" adlı bitikdə bilgi vermişik.

Fəttah müəllim "Kitabi-Dədə Qorqud" və musiqi poetikasının bəzi məsələləri" məqaləsində dastanda tez-tez rastlaşdığı "Dədəm Qorqud gəlüb şadlıq çaldı" ifadəsinə münasibət bildirir: "Hər halda dastanları yüksək təntənəli şəkildə tamamlamaq və bu məqamda "mütləq bir musiqi nömrəsindən" ("Baş Müxəmməs") istifadə etmək müasir aşıq sənətində də müşahidə olunur. Bu ənənənin ilk öncə ozanlarda formalaşaraq, sonralar aşıq sənətində inkişaf etdirilməsi böyük ehtimal içindədir".

Qeyd etməliyik ki, istər qədimdə, istərsə də yaxın keçmişdə çadır toyları sona yetdikdə marşvarı bir musiqi ifa edilirdi. Bununla da hər kəsə toyun bitdiyi bəlli olurdu. Görünür, "Şadlıq" da eyni mənanı daşıyan və məclisin sonunda ifa edilən hansısa havanın adı imiş. "Kitabi-Dədə Qorqud" dastanında bir çox boyların sonunda "Şadlığ"ın çalınmasına rast gəlirik.

Nəticə olaraq bildiririk ki, öz yaradıcılığımızda Fəttah Xalıqzadənin bir neçə əsərindən bəhrələnmişik: "Kitabi-Dədə Qorqud"un musiqi sözlüyü", "Kitabi-Dədə Qorqud" və musiqi poetikasının bəzi məsələləri", "Üzeyir Hacıbəyli və folklor". Burada həmin əsərlərdən müəyyən istinadlar təqdim olunur. Bəzi araşdırmalarımızda (məsələn, "Xalq musiqisi sazəndə ifaçılığında", "Sənətşünaslıq (6213.01 - Musiqi sənəti) üzrə elmi-tədqiqat işlərinin yazılışına dair tövsiyələr") Fəttah Xalıqzadənin əsərlərindən iqtibaslar verməsək də, ümumi şəkildə tanınmış alimin əsərlərindən bəhrələndiyimizi bildiririk.

Beləliklə, təqdim olunmuş bu məqalədə tanınmış sənətşünas-alim Fəttah Xalıqzadənin fərqli illərdə nəşr etdirdiyi məqalə və kitablarında, müxtəlif əsərlərindən bəhrələndiyimiz iqtibaslara diqqət yetirmişik. Məqalədə həmçinin Fəttah müəllimin özünəməxsus yaradıcılıq üslubu diqqətə çatdırılır. Onun məqalələrinin hər birinin kiçik elmi iş səviyyəsində yazıldığı diqqətə çatdırılır. F.Xalıqzadənin az sözlə lakonik şəkildə böyük bir fikri ifadə etmək bacarığı xüsusi ilə dəyərləndirilir.

Bütün şüurlu həyatını Azərbaycan musiqi elminin inkişafına həsr etmiş fədakar alim Fəttah Xalıqzadəyə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, bundan sonra da o, öz dəyərli elmi araşdırmaları ilə musiqi mədəniyyətimizə sanballı töhfələr verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:308
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri