Icma.az
close
up
RU
Çağdaş dünya üçün yeni texnologiyalar

Çağdaş dünya üçün yeni texnologiyalar

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Forumunun üçüncü günündə “Yeni dünya üçün yeni texnologiyalar” mövzusunda daha bir panel iclası keçirilib.

ABŞ-ın Alman Marşal Fondunun və Annenberq Siyasət Mərkəzinin eksperti Susan Nessin moderatorluğu ilə keçirilən paneldə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas, Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs, Yunanıstanın sabiq Baş naziri (2009-2011) George Papandreu, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında İnformasiya və Kommunikasiya Texnologiyaları Ofisinin İT mütəxəssisi, Baş katibin köməkçisi Bernardo Mariano, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç, Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş Baş katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov iştirak ediblər.

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas çıxışında qeyd edib ki, yeni texnologiyaların tətbiqi prioritetdir. Lakin onların yaratdığı təhlükələri aradan qaldırmaq üçün də çox çalışmaq lazımdır. “Hazırda dünyada bütün sahələr üzrə süni intellekt texnologiyalarının yalnız 45 faizi tətbiq olunur, 25 faizi isə yoxlanılma mərhələsindədir. İşçi heyətə gəldikdə, qadınlar onun yalnız 20 faizini təşkil edir. Bu müzakirələrə hazırlaşanda biz idarəçilik sahəsində və təhlükəsizlik baxımından hansı məsələlərin vacib olduğu barədə danışdıq. Məlum oldu ki, Afrikada emal mərkəzinə cəmi 2 faiz məlumat göndərilir. Qeyd etmək lazımdır ki, BMT bu sahədə müxtəlif təşəbbüslər irəli sürüb, bura təhlükəsizlik, monitorinq və digərləri daxildir. Ötən il biz BMT sistemində 50-dək mexanizm hazırlamışıq. UNESCO-nun hazırladığı Etik davranış mexanizmini də xüsusi vurğulamaq istərdim. Bu baxımdan, süni zəka ilə bağlı BMT-nin Baş katibinin çağırışını xüsusi qeyd etmək istəyirəm.

Düşünürəm ki, süni zəkanın bütün dünyada tətbiqi üçün qlobal mərkəzlər yaradılmalı, qanunvericilik təkmilləşdirilməli, insanların bacarıqları inkişaf etdirilməlidir. Dünya ölkələrinin yalnız 5 faizinin süni zəka sahəsində bacarıqlı kadrları var. Biz süni zəka sahəsində bacarıqlı kadrların sayının artırılması üçün 100-dən çox ölkəni bir araya gətirib, qlobal tədris mərkəzləri yaratmışıq”, - deyə Tomas Lamanauskas əlavə edib.

Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs süni zəka texnologiyalarının diqqətdə saxlanılmasının vacibliyini qeyd edərək, dövlətlər arasında geosiyasi rəqabətin olduğunu deyib. “Hər kəs texnologiyada olan yenilikləri öz ölkəsində tətbiq etmək istəyir. Bununla bağlı müxtəlif ölkələr təlimlər keçirir”, - deyə Sam Davs diqqətə çatdırıb.

Çində texnologiyalarla bağlı tənzimləyici qaydaların qüvvəyə mindiyini vurğulayan baş məsləhətçi süni zəkanın parçalanmaya gətirib çıxarma ehtimalını da istisna etməyib.

Yunanıstanın sabiq Baş naziri George Papandreu bildirib ki, texnologiya təhsil, iqlim dəyişikliyi kimi problemlər üçün yox, kütləvi qırğın silahlarının hazırlanması üçün daha çox istifadə olunur. Sabiq Baş nazir bunun nəzarətdən kənarda qaldığını, süni zəkanın ABŞ və Çin kimi iri dövlətlərin əlində olduğunu bildirib.

“Təhsildə, iqlim dəyişikliyində bu texnologiyalar çox vacibdir. Süni zəkanın demokratiya üçün neçə istifadə edilməsini düşünməliyik, çünki texnologiyalar bəşəriyyətə xidmət etməlidir”, - deyə o vurğulayıb.

BMT-nin nümayəndəsi Bernardo Mariano qeyd edib ki, süni zəka üzərində təxminən 60 il araşdırma aparılıb və ChatGPT yaranıb. “Onun inkişafı bizi hazırda çox təəccübləndirir. Hökumətlər süni zəka ilə bağlı problemləri həll etməlidirlər. Süni zəkanın pozitiv tərəfləri kimi, neqativ və qaranlıq tərəfləri də var. Süni zəka hazırda fərdlər tərəfindən idarə olunur. Bu, əvvəllər heç vaxt görünməyib. Burada dövlətlərdən çox fərdlər irəli çıxır. BMT hökumətlərə mövcud problemlərlə yanaşı, yeni ortaya çıxmış texnologiyaların yaratdığı problemləri aradan qaldırmaq üçün dəstək göstərməlidir”, - deyə o əlavə edib.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev vurğulayıb ki, XII Qlobal Bakı Forumunda texnologiyaların etik şəkildə istifadəsi müzakirə olunan ən vacib məsələlərdəndir. Yeni texnologiyalar, həmçinin süni zəka elmə və insanlara xidmət etməli, bəşəriyyətə yalnız fayda verməlidir.

Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç çıxışında qeyd edib ki, süni texnologiyalar lazım olan sahələrə dəyər qatmalıdır. Bu sahədə dünya liderlərin rolu hələ də məlum deyil.

İnnovasiyaların inkişafı üçün əlverişli məkanın vacibliyini vurğulayan Miliça Pejanoviç süni zəkanın mənfi məcrada dəyişilməsinə diqqət yetirməyin önəmindən söz açıb.

Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov bu gün texnologiyaların gündəlik həyatımızı formalaşdırdığını, həmçinin siyasi sahəyə də təsir göstərdiyini deyib: “Bu, həm də insan həyatının məxfiliyinə təsir göstərir. Burada hərtərəfli yanaşma olmalıdır”. O, böyük texnoloji şirkətlərin etik davranışı qazancdan daha üstün tutduğunu qeyd edib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov isə bildirib ki, Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb. “Bizim üçün vətəndaşların rəqəmsal biliklərinin artırılması çox vacibdir. İnsanların süni zəkadan faydalanması üçün Azərbaycanda çox unikal sistem yaratmışıq. Hazırda biz 4SİM olaraq, İqtisadiyyat Nazirliyi və Vergi Xidmətinin “Çağrı mərkəzi”ndə zənglərin araşdırılması üçün məhz süni zəkanın tətbiqi üzərində işləyirik. Bir sıra sahələrdə Azərbaycanda artıq süni zəka tətbiq olunur. Vətəndaşların üzünün tanınması proqramını istifadəyə vermişik. Hazırda milyona yaxın vətəndaş bu proqramdan istifadə edir”, - deyə Fariz Cəfərov diqqətə çatdırıb.

Panel iclası müzakirələrlə davam edib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Mart 2025 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri