Icma.az
close
up
RU
Çağrılsam da, getmirəm... Nura onları yıxıb sürüdü

Çağrılsam da, getmirəm... Nura onları yıxıb sürüdü

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Televiziyalardakı verilişlərin hansı səviyyədə olması göz önündədir. Bunu təkcə müğənnilər yox, hər kəs deyir. Mən reytinqlərlə bağlı araşdırma aparmışdım. Hansı şirkətdir, bu qurum hara tabedir, reytinq aparatları kimlərin evindədir, ümumiyyətlə reytinq yerləşdirilirmi və s.? Hətta şirkətin kim tərəfindən maliyyələşməsini də sual etmişdim. Bunlarla bağlı heç bir məlumat əldə etmək mümkün olmadı”. 

Bu sözləri Adalet.az-a açıqlamasında müğənni Nura Suri söyləyib: 

“Artıq tənqid etməkdən yorulmuşam. Həmişə bu mövzularda aktiv oluram. Danışıram, yazıram, problemlərlə bağlı fikir bildirirəm. Buna görə nə pul qazanıram, nə reytinq qazanıram. Ancaq düşmən qazanıram.

Yeni mahnılar, kliplər təqdim edəndə də görürəm ki, işlərim bir kənarda qalır, dediyim sözlər daha çox müzakirə olunur. Əgər bir etiraz varsa, bu normaldır və bu etiraza mütləq ki, bir səbəb vardır. Ancaq bu etirazlara məhəl qoyan varmı? Etdiyim tənqidi fikirlərə görə telekanallar tərəfindən ara-sıra hətta mənə efir qadağası da qoyulur. 

Amma bu hal məni qətiyyən narahat etmir. Çünki mən həmin proqramlara çağrılsam da, getmirəm. Bayram konsertlərinə və bəzi verilişlərə “ARB”, “Xəzər TV”, “İctimai TV” dəvətini qəbul edib, proqramlarda qonaq oluram. 

“ATV”-dən ümumiyyətlə dəvət almıram. Çox güman ki, mənə efir qadağası var. Ancaq radioda heç bir qadağa yoxdur, çünki 106 FM və 106.3 FM-də mahnılarım səslənir.

Efir qadağaları ilə bağlı ciddi maraqlanmıram, hərdən bu haqda mənə məlumat çatır. Ola bilsin ki, AzTV, Mədəniyyət TV kanallarında qadağalar var. Amma bu necə olur, onu bilmirəm”. 

N.Suri bayağı müğənnilərin efirdə görünməsini kütlənin tələbatı hesab etməyib: 

“Deməzdim ki, kütlənin tələbatı bayağı müğənnilərdir. Əsla belə deyil. Bu, insanlarda zövqün formalaşdırılmasının nəticəsidir. Cəmiyyətə nə verirsənsə, onu da seyr edir. Bəzi televiziyalar cəmiyyətə alternativ təklif etmir. Cəmiyyəti necə istəyirlərsə, elə də formalaşdırırlar. 

Əslində İctimai TV-də çox maraqlı, baxımlı proqramlar və layihələr var, amma nədənsə reytinq aşağı göstərilir. Bütün kanallar daha səviyyəli proqramlar hazırlasalar, insanlar onsuz da ona baxacaqlar. Ancaq TikTok kimi sosial şəbəkələri efirə gətirmək efir mədəniyyətinə zidd addımdır.  Hər bir aparıcı cəmiyyətdə zövq və fikir formalaşdırmaq üçün çalışmalıdır. Aparıcının danışıq qabiliyyəti yoxdursa, bir cümlədə 5-10 səhv edirsə, dediyi fikirlərin heç bir mənası yoxdursa, maarifləndirmirsə, etdiyi müzakirələr cəmiyyətdə tərbiyə forması deyilsə, o nəyə xidmət edir, mən bilmirəm”.

 Əntiqə Kərimzadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Fevral 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri