Icma.az
close
up
RU
Professor deputatı yıxıb sürüdü

Professor deputatı yıxıb sürüdü

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Əgər hər şey yaxşıdırsa, həkimlər niyə ölkədən gedir? 


 Azərbaycandan kənarda tibb sahəsində təhsil almaq istəyən insanların sayında kəskin azalma var. Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov Tibb işçilərinin Peşə Bayramı Gününə həsr olunan "Təbiblər - Cəmiyyətin Sağlamlıq Qalası" tədbirində çıxışı zamanı danışıb. Onun sözlərinə görə, tibb sahəsi hər zaman yeni yanaşma tələb edir: 

"Artıq Azərbaycan da bu yenilikçi yanaşmalara cavab verə bilir. Tibb sahəsində savadlı kadrların yetişməsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur. Ölkədə tibbin sürətli inkişafı, aparılan tibbi islahatlar və pandemiya dönəmində bir müddətlik sarsılmaya baxmayaraq, yenidən toparlanmaq insanlarda Azərbaycanda tibbi sahədə yüksək səviyyədə savadlana biləcəklərinə dair ümid verir".


Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında V.İskəndərovun çıxışını “pafoslu nitq” adlandırdı: 

- Hazırda Almaniyada bizim xeyli həkimlərimiz çalışır. Almaniyada çalışan azərbaycanlı həkimlərin sayına görə Ukrayna və Rusiyadan sonra 3-cü yerdəyik. Əgər deputatın dedikləri doğrudursa, tibb sahəsində savadlı kadrların yetişməsi üçün xaricə üz tutmağa ehtiyac yoxdursa, niyə həkimlərimiz Avropa ölkələrində çalışmağı üstün tutur, həkimlərin ölkədən getmək tendensiyasını hələ də görürük? Ölkəmizdə rezidentlərin hazırlanması üçün şərait kifayət deyil. Həkim kadrları harada hazırlanır? Tibb Universitetində. Universitetin tədris-cərrahiyyə korpusunda rezidentləri hazırlamaq üçün biz xəstə tapa bilmirik. Çünki orada icbari tibbi sığorta tətbiq olunmur. Dəfələrlə bu problem qaldırılıb, demişik, icbari Tibbi sığorta biznes deyil, bu, digər məsələlərlə yanaşı, həm də rezidentlərin hazırlanması üçün çox vacibdir. Bu baxımdan hesab edirəm ki, bu cür pafoslu ifadələrdənsə, tətbiqi tibbə diqqət edilməlidir. İşlərin təşkilinin düzgün qurulmasına diqqət edilməlidir. Çalışmaq lazımdır ki, tibbi kadrların hazırlanmasında mövcud olan problemlər aradan qalxsın. Tibbi hazırlığın ən yüksək pilləsi olan rezidentlərin hazırlanmasında mövcud vəziyyəti araşdırsaq, problemlərin çox olduğunu görərik. Bu, ümummilli bir məsələdir. Biz məktəblər qurmalıyıq, məktəblər yaratmalıyıq. Təkcə tibb sahəsinə deyil, bu, ictimai həyatın bütün sahələrinə aiddir. Bunu diqqətdə saxlamaq vacibdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyun 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri