Icma.az
close
up
RU
Cahangir Fərəcullayev dedi ki, hakimlikdən uzaqlaşdırılmağımın qərarını Rövşən Nəcəf verib

Cahangir Fərəcullayev dedi ki, hakimlikdən uzaqlaşdırılmağımın qərarını Rövşən Nəcəf verib

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu gün mənə AFFA-dan departament işçisi zəng etmişdi. Departament rəisi və yaxud komitə sədri deyildi. Hakimlikdən uzaqlaşdırılmışamsa, əslində, bunu mənə onlar deməli idi. Amma sadəcə departament işçisi mənə zəng edərək, bu xəbəri verdi. Düzdür, rəsmi bir şey yoxdur. Amma mənə deyirlər ki, AFFA-da yuxarıda kimlərsə qərar verib ki, iyunun 1-dən hakimliyi birdəfəlik dayandırasan, karyeranı bitirəsən. Rəsmi səbəb yoxdur. Cahangir Fərəcullayev və Sərxan Hacıyevlə görüş olmuşdu, onlar mənə demişdilər ki, oyun alqı-satqısında iştirak etməyindən şübhələnirik. Dedilər ki, ya oyun alqı-satqısıdı, ya da "yekəbaşlıq" etmisən. Səbəb də “Neftçi” - “Sabah” matçındakı epizod idi. Hər halda, bir səhvə görə hakimi hakimlikdən uzaqlaşdırılmır, karyerasına son qoyulmur. Mənim səhvimdən də betər də səhvlər olub. "Neftçi" - "Sabah" oyununda baş verəndən betərini deyirəm. Əgər belə qərar verilirsə, onda bir-bir bütün hakimləri işindən uzaqlaşdıraq? Bir insan səhv edirsə, onu işdən çıxarırlar, silirlər? Bunların işindən, qərarından baş açmıram. Sərt qərar vermək nə dərəcədə düzgündür? Qərəz deyirsizsə, sübut edin. Oyun alqı-satqısı deyirsizsə, demək ki, cinayətkəram. Bəs, onda necə azadlıqda gəzirəm? Allah ürəklərinə insaf salsın”.

Bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı futbol hakimi Rauf Allahverdiyev deyib. AFFA tərəfindən hakimlikdən uzaqlaşdırıldığı iddia edilən Allahverdiyev bunu təkzib etməyib. O, verilən qərarla razılaşmır və günahsız olduğunun ictimailəşməsini istədiyini deyib:

"Mənə sadəcə səbəb bildirsinlər ki, nəyə görə hakimlikdən uzaqlaşdırbrlar? Heç kim də məni qəbul etmir. Belə olmaz axı. Məni narahat edən odur ki, səbəbsiz yerə niyə karyeramdan edirlər? Axı illərimi vermişəm buna. Evdə iki övladım var. 17 yaşından hakimlik edirəm. Bir qərarla belə şey olur? Bəs, ailəmi necə dolandırım? Bir səhvlə insanın karyerasını məhv edərlər? Deyirlər ki, “Nefti” – “Sabah” görüşündəki qərarın səhv deyil, qərəzdir. Səhv etdiyimi düşünmədiklərini bildirdilər. Buna görə qərar verəcəklərini söylədilər. Cahangir Fərəcullayev dedi ki, hakimlikdən uzaqlaşdırılmağımın qərarını Rövşən Nəcəf verib. Amma inanıram ki, onun heç bundan xəbəri yoxdur.  Mənə qarşı haqsızlıq olub. İstəyirəm ki, bunu ictimailəşdirəsiz. Nəyə görə uzadıb-uzadıb indi qərar verdilər, onu da bilmirəm. Məşq edirəm, yeni mövsümə hazırlaşıram. Bunlar da belə edirlər. Qərəz olduğunu sübut etsinlər. Mənə ləkə yaxmaqlarına imkan verməyəcəm".

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 İyul 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri