Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Rövşən Nəcəf, Cahangir Fərəcullayev, bunun axırı hara gedir?

Rövşən Nəcəf, Cahangir Fərəcullayev, bunun axırı hara gedir?

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Həyatda bəzi anlar var, adam fikirləşir ki, nəsə demək, yazmaq, etmək artıq mənasızdı. Sevgilin səndən ayrılmağı beyninə qoyubsa, ayrılacaq. Müdir səni işdən çıxarmağa qərar veribsə, çıxaracaq. Bir adam eyni səhvi 10 dəfə edibsə, yenə edəcək. Həmin anlarda nəsə deməyin mənasız olduğunu müdrik şəkildə dərk etmək lazımdır. Bu əlacsızlığı, çarəsizliyi bir idman jurnalisti kimi son periodda yaşadığımı hiss edirəm. Məni bu fikrə sürükləyən şey isə futbol üzrə milli komandamızdır.

Millimiz vəziyyəti artıq elə həddə gətirib çatdırıb ki, bütün dediyim, deyəcəyim, yazdığım, yazacağım sözlərin mənasız olduğunu qəbul etmək ərəfəsindəyəm. Özümü gücsüz hiss edirəm. Gücsüzlük də bəzən qarşındakının üzsüzlüyündən yaranır. Məsələn, bir adam gəlir, sənə dəfələrlə yalan danışır, illərlə səni aldadır, üzsüzlük edir. Ona bir şey edə bilmirsən, inanmasan da, naəlac yalanlarına qulaq asırsan, əlindən bir şey gəlmir və onun bu xasiyyətini dəyişməyə gücün çatmır. İndi futbol üzrə milli komandamızda da eyni halətdir, Futbolumuzu idarə edənlərdən, məşqçisindən, rəhbərliyindən, futbolçusuna qədər hamısında bu üzsüzlüyü görmək mümkündür.

Yəqin fikir vermisiz, bəzən elə adamlar da olur ki, bir yalanı dəfələrlə təkrarlayır. Sənə danışır, gedir məhəllədə dükanda satıcıya danışır, iş yoldaşlarına danışır, çayxanada oturub danışır. Bir də görürsən ki, həmin yalana artıq özü də inanmağa başlayır, danışdığının gerçək olduğunu düşünür. Oxuduqca sizin də gözünüzdə AFFA canlanmır? Başbilənlərinin 2-3 ayda bir kamera qarşısına çıxıb, qalaq-qalaq planlar, təkliflər, strategiyalar asıb-kəsdiyini, milləti ələ saldığı görüntülər canlanmır? Görünür, AFFA rəhbərliyi də bu xəstəlikdən əziyyət çəkir. 3-4 nəfər çıxıb yazsın, desin ki, Macarıstana 1 qol vurduq, böyük uğurdur. Bunlar da səhər çıxıb deyəcək ki, hə də, nədi, Macarıstanı udmalıydıq? Vəssalam. 

Mənə maraqlıdır, bu adamlar özlərini ağıllı, Azərbaycan xalqını axmaq hesab edir? Ya millətin dünyadan xəbəri yoxdur, futbolun nə olduğunu bilmir?! Bilsinlər ki, futbolun nə olduğunu millətimiz lap əla da başa düşür. Yüz minlərlə “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Mançester Yunayted”, “Liverpul”, “Real Madrid”, “Barselona”, “Yuventus”, “Milan”, “Arsenal” və s. xarici klubun azarkeşi var bu ölkədə. Hər beynəlxalq çempionatda Türkiyə, Braziliya, İtaliya, İngiltərə, Portuqaliya, Argentinaya azarkeşlik edir camaat. Publar dolu, monitorlarda futbol matçları. Sizin üzsüzlüyünüz, qonşuların vicdanlı işgüzarlığı fonunda keçən ili də Gürcüstana azarkeşlik etməklə keçirdik. Hələ gələn il də Özbəkistanı dəstəkləyəcəyik. Özbəkistan ee... Utanın da.

Məsələ burasındadır ki, biz onsuz əvvəl də milli komandaya inanmırdıq. Amma stadiona gedirdik, Getməyəndə, televizoru açıb, baxırdıq. Hələ bir ara həştəq də açmışdıq ki, #NiyəDəYox?! Çünki, yığma komandamıza sevgimiz var idi, veteran futbolçularımız stadiona çıxanda ən azından tribunadakı azarkeşlərdən, qohum-əqrəbalarından utanıb, can qoyurdular. 0:5 də uduzurdular, 0:8 də. Hələ bəzən araya salıb Finlandiyanı da udurdular, İrlandiyanı da, Türkiyəni də. Bəli, bəlkə inamımız yox idi, amma sevgimiz var idi. Hörmətli, AFFA rəhbərliyi, siz bu qısa zaman ərzində ən vacib şeyi də məhv etdiniz, milli komandamıza sevgimizi öldürdünüz. Sayənizdə, futbolçularımızın da formaya sevgisi qalmadı, azarkeşlərimizin də.

Yenə deyirəm, bu milləti axmaq yerinə qoymayın. Bu ölkənin futbol üzrə milli komandası heç birinizin atasının malı deyil ki, gedib kimlərinsə “otxod”unu baş məşqçi gətirəsiniz. “Beşiktaş” Fernandu Santuşu qovursa, təzminatını versin, göndərsin. Day eyni maaşa üstümüzə niyə göndərir? Necə qəbul etmək olar bunu? Azərbaycan millisi sizin üçün nədi? Bir nəfər başıpapaqlı adam yoxdur ki, bu qədər rəzillikdən sonra o kişinin çamadanını qoltuğuna verib, göndərsin?! Yoxsa hər biabırçılıqdan sonra mətbuat konfransında çıxıb bizi ələ salmağa davam edəcək? Getdiyi hər yerdən qovulan qoca deyəsən elə bilir ki, bundan qabaq Azərbaycan xalqı top görəndə elə bilirdi bombadı, gəlib, bu öyrədib futbolu.
Rövşən Nəcəf, Cahangir Fərəcullayev, çıxın, danışın, bir üzünüzü görək. Bir bizə deyin, bu işin axırı hara gedir? Nə fikirləşirsiz, nə gözləyirsiz? Səbir kasamızda dodaqyeri də qalmayıb. Yaxşı, ilk işi mən deyim, Santuşu göndərin, yerli məşqçi gətirin, 2 il vaxt verin. Bu adamlıq deyil də, ay qardaş, bunu başa düşmək bu qədər çətindir? Vallah, billah Santuşluq deyil. Bank kartı paylaşaq sosial şəbəkələrdə, hərəmiz 1-2 manatdan atışaq, təzminatını yığaq, verin, yola salın. Bəsdir də.

Piotek “Əl-Duhail”də - RƏSMİ “Bornmut”un müdafiəçisi “Real”da - RƏSMİ Lebron Ceyms NBA tarixinə düşdü Ali Koç: “Mübarizəmizi davam etdirəcəyik" Mourinyo mətbuat konfransına qatılmadı - Oyunçular açıqlama vermədi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 İyun 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri