Icma.az
close
up
RU
Çakarova: Azərbaycan dəyişən qlobal landşaftda ABŞ nin əsas enerji tərəfdaşlarından biridir EKSKLÜZİV

Çakarova: Azərbaycan dəyişən qlobal landşaftda ABŞ nin əsas enerji tərəfdaşlarından biridir EKSKLÜZİV

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycan dəyişən qlobal mənzərədə enerji sahəsində ABŞ-nin əsas tərəfdaşlarından biridir.

Bunu “Report”a eksklüziv müsahibəsində Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutunun (AIES) keçmiş direktoru, geosiyasi ekspert Velina Çakarova bildirib.

O vurğulayıb ki, Azərbaycanın neft hasilatını artırmaqla bağlı planları daha geniş geosiyasi maraqlara, xüsusilə ABŞ-nin maraqlarına uyğundur. Dünyada qalıq yanacağa tələbatın artması şəraitində Vaşinqton Bakını enerji təhlükəsizliyini təmin edən mühüm təchizatçı hesab edir.

"ABŞ administrasiyası enerji istehsalına ekspansionist yanaşmanın tərəfdarıdır və Azərbaycan bu strategiya ilə mükəmməl uyğunluq təşkil edir. Neft hasilatının artırılması təkcə Azərbaycanın iqtisadi mövqeyini gücləndirməyəcək, həm də kənar təsirlərdən yan keçməklə təchizat marşrutlarının şaxələndirilməsini təmin edərək ABŞ-nin maraqlarına xidmət edəcək", - V.Çakarova bildirib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan enerji sahəsində həm Avropa İttifaqının, həm də ABŞ-nin əsas tərəfdaşı olmaq üçün əlverişli mövqedədir. Rusiyanın enerji sahəsində dominantlığının zəifləməsi fonunda Bakının 2027-ci ilədək Avropaya qaz ixracını ildə 20 milyard kubmetrə çatdırmaq istəyi ölkəni Aİ-nin enerji təhlükəsizliyi strategiyasının mərkəzinə qoyur.

"Cənub Qaz Dəhlizi, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri, həmçinin Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri enerji marşrutlarının şaxələndirilməsi məsələsində dönüş nöqtəsidir. Bu infrastruktur təkcə Avropanın enerji təhlükəsizliyini gücləndirmir, həm də Azərbaycanın geosiyasi təsirini artırır", - ekspert vurğulayıb.

Onun fikrincə, Azərbaycanın BP də daxil olmaqla dünyanın ən böyük enerji şirkətləri ilə əməkdaşlığı, eləcə də Türkiyə və İsraillə strateji tərəfdaşlığı onun enerji resurslarının şaxələndirilməsi istiqamətində qlobal səylərdəki rolunu gücləndirir.

"Azərbaycan İsrailin neftə olan tələbatının 40 %-ni təmin edir və BP ilə qaz kəşfiyyatına dair saziş imzalayıb ki, bu da onun qlobal enerji keçidindəki mövqeyini daha da möhkəmləndirir", - V.Çakarova əlavə edib.

Azərbaycan enerji ilə yanaşı, dünya ticarətində və əlaqənin təmin edilməsində də mühüm rol oynayır. Orta Dəhliz və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın Avropa və Asiyanı birləşdirən strateji tranzit qovşağı kimi mövqeyini gücləndirir.

"Azərbaycan hökuməti Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla əsas nəqliyyat və logistika infrastrukturuna sərmayə qoymaqla strateji baxış nümayiş etdirir. Bu təşəbbüslər Azərbaycanın iqtisadi dayanıqlılığını artırmaqla yanaşı, həm də daha geniş məqsədə - regional sabitliyin təmin edilməsinə xidmət edir", - V.Çakarova izah edib.

Qərblə əlaqələri gücləndirməyə davam edən Azərbaycan eyni zamanda regional təhlükəsizlik sahəsində çağırışlarla uğurla mübarizə aparır. O qeyd edib ki, ölkə onun suverenliyinə təhdid yaradan xarici təsirlə mübarizə istiqamətində qətiyyətli addımlar atır. Bu yaxınlarda Bakıda "Rus evi"nin bağlanması Azərbaycanın öz milli maraqlarını qorumaq əzmində olduğunu təsdiqləyir.

Ekspert həmçinin Azərbaycanın xüsusilə enerji və maliyyə sektorlarında kritik infrastrukturun qorunması üçün kibertəhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

"Azərbaycan onun strateji nailiyyətlərinə xələl gətirə biləcək hibrid təhdidlərə, o cümlədən dezinformasiya kampaniyaları və kiberhücumlara qarşı sayıqlığını qorumalıdır", - o vurğulayıb.

V.Çakarovanın fikrincə, qlobal geosiyasi və iqtisadi vəziyyətin dəyişməsi fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı və strateji regional oyunçu kimi özünü təsdiqləməyə davam edir. İnfrastruktura sərmayə qoyuluşunun həcminin artması, fəal diplomatik fəaliyyət və regional sabitliyə sadiqlik sayəsində Bakı dünya arenasında mövqeyini gücləndirərək gələcəyi formalaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Fevral 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri