Icma.az
close
up
RU
“Yapı Kredi Bank Azərbaycan” Qiymətləndiricilərin əsas tərəfdaşlarından biridir

“Yapı Kredi Bank Azərbaycan” Qiymətləndiricilərin əsas tərəfdaşlarından biridir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda 26 illik fəaliyyəti dövründə müxtəlif iqtisadi və sosial layihələrin baş sponsoru kimi çıxış edən “Yapı Kredi Bank Azərbaycan” bu dəfə də ölkənin biznes ekosistemi üçün önəmli bir tədbirə strateji dəstək göstərib. Belə

Modern.az xəbər verir ki, “Yapı Kredi Bank” 30 noyabr tarixində keçirilən Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) təsis olunmasının birinci ildönümü və “Qiymətləndiricilərin Peşə Günü”nün baş sponsoru olub. Rəsmi mərasimdə dövlət qurumlarının rəhbərləri, Milli Məclisin komitə sədrləri, millət vəkilləri, xarici qonaqlar, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Gürcüstanın qiymətləndirmə birliklərinin rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri və ölkənin aparıcı qiymətləndiriciləri iştirak ediblər.

Tədbirin açılışında “Yapı Kredi Bank Azərbaycan”ı təmsil edən Qəhrəman Qəhrəmanov çıxış edərək, bankın qiymətləndirmə sektorunu iqtisadiyyatın mühüm sütunlarından biri kimi gördüyünü vurğulayıb. O, Palatanın qısa müddətdə yaratdığı institusional struktur, normativ baza və beynəlxalq tərəfdaşlıq istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirərək AQP-yə gələcək fəaliyyətində uğurlar arzulayıb. Bank rəsmisi qeyd edib ki, “Yapı Kredi Bank Azərbaycan” peşəkar qiymətləndirmənin bank sektorunda risklərin idarə olunması və sağlam kreditləşmə üçün mühüm baza yaratdığını nəzərə alaraq, bu sahənin inkişafını sistemli şəkildə dəstəkləyir.

Tədbir çərçivəsində ölkə qiymətləndiriciləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə Palatanın birilliyi qeyd olunub, 30 noyabr tarixinin “Qiymətləndiricilərin Peşə Günü” kimi təsis edilməsi təşəbbüsü irəli sürülüb və dövlət başçısına göstərilən dəstəyə görə təşəkkür ifadə edilib. “Yapı Kredi Bank Azərbaycan”ın baş sponsorluğu ilə keçirilən tədbir həm strukturlaşdırılmış rəsmi hissə, həm də qeyri-rəsmi formatda keçirilən əlaqələndirmə, təcrübə mübadiləsi və tərəfdaşlıq müzakirələri ilə davam edib.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 26 ilə yaxındır ki, Azərbaycanda bankçılığın pərakəndə və korporativ seqmentlərində innovativ məhsullar təqdim edir və bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bank Türkiyədə olduğu kimi Azərbaycanda da korporativ sosial məsuliyyət, dövlət və infrastruktur layihələrinin dəstəklənməsi, biznes ekosisteminin inkişafının stimullaşdırılması ilə seçilir. “Qiymətləndiricilərin peşə günü” və Azərbaycan Qiyməətləndiricilər Palatasının birilliyi tədbirinə dəstək isə Bankın ölkə iqtisadiyyatında şəffaflıq, peşəkarlıq və institusional mədəniyyətin inkişafına verdiyi töhfənin daha bir nümunəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri