Icma.az
close
up
RU
Çalhanoğlu karyerasını bu klubda bitirmək istəyir

Çalhanoğlu karyerasını bu klubda bitirmək istəyir

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

''İnter''dəki karyerası uğurlu şəkildə davam edən Hakan Çalhanoğlu İtaliya mətbuatına açıqlamalar verib.

Təcrübəli futbolçu daha öncəki açıqlamalarında bir gün azarkeşi olduğu ''Qalatasaray''da oynaya biləcəyini istisna etmirdi. Hakan bu dəfə fərqli ifadə işlədərək karyerasını ''İnter''də bitirməyin əleyhinə olmadığına işarə vurub. O, yayda ''Bavariya''dan aldığı təklif haqda da danışıb:

''Karyeramı burda bitirmək istərdimmi? Ümidim məhz bu cürdü. Artıq gənc oyunçu deyiləm. Futbolda nələr olacağını heç vaxt əvvəlcədən söyləmək olmur. Amma burda mümkün olduğu qədər çox qalmağa çalışacam. Yayda Avropa Çempionatı davam etdiyi dönəmdə menecerim mənə təkliflərlə bağlı heç nə demədi. Turnir bitdikdən sonra zəng vurub variantların olduğunu bildirdi. Onların arasında ''Bavariya'' da var idi. Amma ona mənimlə yox, ''İnter'' rəhbərliyi ilə danışmalı olduğunu dedim. Çünki müqaviləm davam edir və mən yalnız ''İnter'' rəhbərliyinin istəyinə uyğun davrana bilərəm. Bu səviyyəyə çatmağımda ''İnter''in çox böyük rolu oldu. ''Milan''dan ''İnter''ə transfer olunmaq həyatımda ciddi dəyişikliklərə səbəb oldu. Mənim keçmişdə hər zaman ''İnter''ə simpatiyam daha çox olub. Burdakı karyeram uğurlu başladı və sonra da indi olduğum oyunçuya çevrildim. Bu ilki çempionluq mübarizəsinin necə bitəcəyini söyləmək çətindi. Hər oyunda qalib gəlməyə və pillə-pillə irəliləməyə çalışacağıq. İndi bütün diqqəti ''Kalyari'' ilə oyuna yönəltmişik. Sonra da superkuboka köklənəcəyik. Çempionlar Liqasını qazanmaq mənim hər zaman arzum olub. Amma onu ''İnter''in heyətində qazanmaq istəyirəm. Çünki İtaliyada mümkün olan hər şeyi qazanmışam. Bircə avrokubok çatışmır. Amma daha öncə də söylədiyim kimi düzgün yoldayıq''.


ƏLİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Dekabr 2024 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri