Icma.az
close
up
RU
Çalışacağam ki, Kəpəzə təcrübəmlə kömək edim

Çalışacağam ki, Kəpəzə təcrübəmlə kömək edim

"Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdır".

QOL.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında "Kəpəz"in üzvü İlkin Qırtımov deyib.

Diz oynağındakı zədəsi səbəbindən cərrahiyyə əməliyyatı olunan təcrübəli müdafiəçi müvafiq tibbi prosedurlara əməl etdiyini bildirib: "Davamlı müayinə olunuram. Şükür ki, ilk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm. İnşallah, işlər arzuladığımız şəkildə gedər".

Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib: "Ürəyi "Kəpəz" ilə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum. "Kəpəz"ə təcrübəmlə kömək edim".

seeBaxış sayı:41
embedMənbə:https://qol.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri