Kəpəzə sponsor tapılıb?
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Kəpəz"də yaxın günlərdə yeni sponsorluq müqaviləsi imzalana bilər.
QOL.az xəbər verir ki, bunu Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev jurnalistlərə müsahibəsində deyib.
O əlavə edib ki, hazırda bu işlər Futbolun İnkişaf Fondu tərəfindən aparılmır: "Gəncə klubu ilə bağlı uzun müddətdir çalışırıq. Baş sponsor olmasa da, biz tərəfdən müəyyən tərəfdaşlıqlar imzalanıb. Dəstək olub. Eşitdiyimə görə, hazırda klubun sponsorluq prosesində müəyyən işlər gedir və yaxın zamanda təsdiqlənməsi gözlənilir. Lakin bu işlər biz tərəfdən aparılmır. Bu məsələ ilə hazırda klubun özü məşğul olur".
Qeyd edək ki, "Kəpəz" uzun müddətdir ki, Misli Premyer Liqasında sponsorsuz çıxış edir. Komanda hazırda 11 xalla 9-cu pillədə qərarlaşıb.
Baxış sayı:100
Bu xəbər 15 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















