Icma.az
close
up
RU
Çalışacam ki, bir daha sizi məyus etməyim Yuri Vernidub

Çalışacam ki, bir daha sizi məyus etməyim Yuri Vernidub

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Misli Premyer Liqasında 2-ci tura yekun vurulub. "Neftçi"  "Araz-Naxçıvan"la qarşılaşıb. “Ağ-qaralar” 5:0 hesablı qələbə qazanıblar.

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matç haqda fikirlərini bildirib:

 - "Neftçi" digər komandalara nisbətdə təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun sərgiləməsininin səbəbi bu ola bilər? 

"Mənə bu suala cavab vermək çətindir. Bəli, təlim-məşq toplanışına daha tez başlamışdıq. Bundan əvvəl "Sumqayıt"la matçda da yaxşı oynamışdıq. Bu gün "Araz-Naxçıvan"ın yox, "Neftçi"nin günü idi. Rəqib də yaxşı oynayırdı. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik."

- İkinci hissədə 1 qol vurmağınız və qol epizodlarının xərclənməsi sizi narahat etdimi?

- Birinci hissədə 4:0-dan sonra ikinci hissədə eyni halda davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin bundan istifadə edə bilmədik. Emil Balayev 3 real qoldan bizi xilas etdi. Onu da təbrik etmək istəyirəm. 

- Son illərə baxsaq, "Neftçi"nin belə uğurlu start etdiyini görməmişik nə deyə bilərsiniz?

- Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. "Dinamo Kiyev"lə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt edirlər. Hər biri göstərdi ki, adları böyük hərflərlə yazılan futbolçulardır. Bizi qarşıda çətin "Zirə" matçı gözləyir. O matç da maraqlı olacaq. Növbəti matçlara hazırlaşmaq önəmlidir. Çempionat çətindir. Kifayət qədər bərabər səviyyəli komandalardan təşkil olunan çempionatdır.

- Zirvədə qalmaq çətindir. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı davamlı çıxışı sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksinizmi?

- Bəli, onlara dəstək olacam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir nailiyyətdir. 

- "Sumqayıt"la və bu gün keçirilən matçda da künc zərbələrindən fərqləndiniz demək olarmı “Neftçi” standart vəziyyətlərinə yaxşı hazırlaşır?

- Çempionata baxsaq, çox qollar standart vəziyyətlərdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqib komandanı analiz edərkən də bütün epizodları nəzərə alırıq. 

- "Dinamo" (Minsk) məğlubiyyəti sizin yadınızdan çıxmır və bu gün də o məqamı xatırladığınızı dediniz…

- "Bu məğlubiyyət mövsümün sonuna kimi yadımdan çıxmayacaq. Bütün məsuliyyət mənimdir. Məhz ona görə də, yenə sizdən üzr istəyirəm. Çalışacam ki, bir daha sizi məyus etməyim."

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://fanat.az
archiveBu xəbər 23 Avqust 2026 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri