Icma.az
close
up
RU
Yuri Vernidub: İnanmasaydım, burada olmazdım

Yuri Vernidub: İnanmasaydım, burada olmazdım

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi" Misli Premyer Liqasının 17-ci turunda "Palms Sports Arena"da "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə rəqib qapısına gedə bilməyən "Neftçi" gördük. İkinci hissədə Freddi Varqasın meydana daxil olmasından sonra isə daha aktiv idiniz. Niyə 90 dəqiqəni bu cür oynamadınız?

- Birinci hissə o qədər də uğurlu olmadı. Toplanışda yoxlama oyunları keçirdik. Bilirik ki, o matçlar o qədər də vacib deyil. Burada isə tələblər çətindir. Çünki hər matçda xal qazanmalıyıq. Bu gün olduğumuz yerdən xeyli yuxarıya qalxmaq istəyirik. Ola bilər ki, əsəbi olmaq, psixoloji durum onlara imkan vermədi ki, istədiyimiz kimi oyun sərgiləyək. Bundan çox məyus olmuşam. İkinci hissədə bəzi dəyişikliklər etdik. Əgər bizdə birinci hissədə iki dayaq yarımmüdafiəçisi var idisə, ikinci hissədə dəyişiklik etdi. Metyu İfeanyini saxladıq, Freddi Varqas və Emin Mahmudov onun qarşısında idi. Birinci hissədə fərq ondan ibarət idi ki, cinahdakı hücumçular arasında məsafə böyük idi. Özüm də görürdüm ki, oyunçularım nəticədən məyus olublar. Hələ qarşıda görəcəyimiz iş çoxdur, 16 oyunumuz var. Nəticələr qazanmaq üçün öz üzərimizdə daha çox işləyəcəyik.

- Elvin Bədəlov hücuma çox çıxırdı. Bu, sizin tapşırığınız idi?

- Bizdə elə tələb var ki, əgər müdafiəçilərimiz topu qəbul edirlərsə, topla da hərəkət etməlidirlər. Məsafə baxımından önəmlidir. Biri var dayandığı yerdən ötürmə etmək, biri də var topla hərəkət edib, daha irəlidə etmək. Bütün dünya indi belə oynayır.

- Demək olar ki, özünüz üçün heyət formalaşdırmısız? Qış toplanışında daha çox Emil Balayev qapıda idi. İndi isə Kenan Piriçə şans verdiniz...

- Toplanış toplanışdır. Biz həmin vaxt futbolçularla tanış olurduq. Sonuncu oyunda isə bugünkü heyət oynamışdı. Ona görə də həmin heyəti seçmək qərarı verdik. Nəzərə alaq ki, 22 futboçu var, hamısı oynamaq istəyir. Əlimdən gələni edəcəm ki, hamısı oynasın. Qapıçı məşqçimiz "Beşiktaş"da işləyib. Ona tam etibar edirəm. Toplanışda gördüm ki, o oyunçularla necə işləyir. Vaxt gələcək Rza Cəfərov da, Emil Balayev də oynayacaq. Baş məşqçi kimi bu gün seçimim Piriç idi. Qol buraxmadığı üçün demək olar, doğru seçim idi. Nəticə fərqli olsaydı, digər oyunçulara da şərait yaratmaq haqda düşünərdim.  

- Komandada eyni səviyyədə 22-23 fubtolçu var. Heç “Şerif” və “Krivbass”da bu cür imkanlarınız olub?

- 22 nəfər futbolçu var, toplanışda da gördüz ki, hamısı oynamaq istəyir. Pis oyun göstərmədilər. Həmin vaxt basqı da az idi. Amma gözəl oynadılar. Fərq etmir, hər mövqedə 2 oyunçum var. Biri digərindəm bir az güclü, bir az zəif ola bilər. Amma bu önəmli fakt deyil. Bəziləri var ki, sürətdə yaxşıdır, bəziləri topu almaqda yaxşıdır. Buradakı olan heyət "Krivbass"dan daha güclüdür. Amma onların başqa üstünlüyü var idi. Onlar qələbədən baqa heç nə istəmirdilər. Nəticədə onu göstərdi ki, bürünc medal qazandılar. Ümid edirəm ki, bizim oyunçular da belə olacaqlar. Nəticə əldə etmək üçün ac olsunlar. İstəyərdik ki, ən yuxarıda olaq. Amma ən azından başlanğıc üçün hansısa nəticə göstərməlidirlər. Necə olacağını zaman göstərəcək.

- Söz verirsiz ki, "Neftçi"yə uğur qazandıracaqsız? Ümumiyyətlə, inamınız neçə faizdir?

- İnanmasaydım, burada olmazdım. Həyatda ən önəmlisi nəyəsə inanmaq və arzu etməkdir. Bunlar olmasa, həyatın nə mənası olar?

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 Yanvar 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri