Çamadanda 2 yaşlı uşaqı gizlətdi, polis saxladı
Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni Zelandiyada avtobus səfəri zamanı çamadanın içində 2 yaşlı qız uşağının tapılması ilə əlaqədar bir qadın saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Polis tərəfindən verilən açıqlamada, hadisənin sərnişinlərdən birinin baqaj bölməsinə daxil olmaq istəməsindən sonra ortaya çıxdığı bildirilib.
Qeyd olunub ki, avtobus sürücüsü çamadanın tərpəndiyini müşahidə edib və dərhal məsələ barədə səlahiyyətlilərə məlumat verib.
Sürücü çamadanı açdıqda içərisində 2 yaşlı balaca qızı tapıb. Uşağın tapıldığı anda yüksək temperatur səbəbilə çox tərləmiş olduğu qeyd edilib, lakin fiziki olaraq ciddi bir xəsarət aşkarlanmayıb.
Qadın ilə uşaq arasındakı münasibət barədə isə hələlik heç bir məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Avqust 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















