Övladlarını öldürüb, 4 il çamadanda gizlətdi Səbəbi isə... (FOTO)
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni Zelandiyada qan donduran hadisə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərraca çıxarılacaq çamadanda iki azyaşlıya məxsus meyit aşkarlanıb. Məlumata görə, meyitlər 4 il əvvəl öldüyü müəyyən edilən Yuna və Minoya məxsusdur.
Belə ki, uşaqlar doğma anaları tərəfindən öldürülüblər. Polis qısa zamanda qadını saxlayıb. O, məhkəmə qarşısına çıxarılıb və cinayəti etiraf edib. Məlum olub ki, Hakyunq Li ərini itirdikdən sonra intihar etmək qərarına gəlib, o uşaqlara yüksək dozada antidepresan verib:
"Həyat yoldaşım xərçəngdən vəfat edəndə intihar etmək üçün uşaqlara da həblər verdim. Mənim dozam az olduğu üçün ölmədim. Özümə gələndə uşaqlar çoxdan ölmüşdülər. Qorxumdan meyitləri gizlətdim",- deyərək özünü müdafiə edib.
Məlum olub ki, Li uşaqlarının ölümündən sonra ərinin sığorta pulu ilə plastik əməliyyat etdirib və dəbdəbəli həyat sürüb.
Məhkəmə prosesi davam edir.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















