Icma.az
close
up
RU
ÇANAQQALA: 25 aprel 1915 ötən l10 il

ÇANAQQALA: 25 aprel 1915 ötən l10 il

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Türkiyənin eyniadlı vilayətinin mərkəzi, Anadolunun şimal-qərbində, Çanaq qalasının cənub-şərqində yerləşən Çanaqqala tarixi müharibələrin şahidi, həm də yüzlərlə şəhidi ilə hər zaman qürurla anılan qala ucalıqlı, qala məğrurluğu olan bir türk diyarıdır.

Çanaqqala 1915-ci ildə Osmanlı imperiyası ilə müttəfiq dövlətlər arasında Gelibolu müharibələrinə səhnə oldu. Müttəfiq dövlətlərin birləşmiş orduları dəniz döyüşündə maşın və şəxsi heyətlə itki verərək, boğazlardan keçə bilmədilər. Daha sonra müttəfiq qüvvələr quruya hücum etdi. Polkovnik-leytenant Mustafa Kamalın quru döyüşlərindəki uğuru sayəsində müttəfiq qüvvələrin irəliləməsi dayandırıldı, iki qüvvə bir-birinə üstünlük qazana bilmədi və quru hücumu uğursuzluqla başa çatdı. Zəfər qarşıda idi...

25 aprel belə başlamışdı

25 aprel 1915-ci il səhər saatlarında Çanaqqalanın girişinin Anadolu tərəfində, Seddülbahirlə üzbəüz yerləşən Kumkaleyə Fransız hərbi gəmilərinin himayəsi altında Fransız əsgərləri tərəfindən hücum edildi.

Həmin 25 apreldən artıq 110 il ötür. Çanaqqala savaşları, şəhidləri unudulmaz, tarixin qanlı və qürurlu səhifəsidir. Odur ki, 110 il əvvələ nəzər salmağa dəyər. Tarixçi-yazıçı Muzaffer Albayrakın bir məqaləsi həmin günləri təsvir etmək üçün çox möhtəşəmdir:

Martın 18-də məğlub olduqdan sonra müttəfiqlərin iki yolu var idi: ya bu işdən əl çəkmək, ya da daha əhəmiyyətli qüvvələrlə və fərqli planla təşəbbüsü yeniləmək. Birinci variantı seçmək bu müharibədən gözlənilən bütün maddi və mənəvi nemətlərin itirilməsi ilə yanaşı, şöhrət və nüfuzu itirmək demək idi. Bu səbəbdən ikinci variant seçildi. Boğaz qarşısındakı qüvvələr Çanaqqalaya qurudan hücuma hazırlıq məqsədilə Misirə və uzaq adalara köçürüldü. Buraya yeni qüvvələr gətirilməyə və cəmlənməyə başladı.

Türkiyə tərəfində isə yaxın gələcəkdə qurudan hücum ediləcəyi proqnozlaşdırıldığı üçün Boğazın müdafiəsi yenidən təşkil edildi.

Çanaqqala Boğazını müdafiə etmək üçün müstəqil bir ordu quruldu və ona 5-ci Ordu adı verildi və martın 25-də alman hərbi heyətinin başçısı olaraq Türkiyədə olan General Liman Von Sanders bu ordunun komandanlığına təyin edildi.

Liman Von Sanders martın 26-da Geliboluya gələrək komandanlığı öz üzərinə götürdü və ilk işi o zaman Türkiyənin müdafiə avadanlığını dəyişmək oldu. Türkiyənin müdafiə avadanlığı əlverişli çimərliklərin müdafiəsini həyata keçirirdi. Sahil 150 kilometr uzunluğunda olduğundan düşmənin hara hücum edəcəyi bəlli deyildi. O, qüvvələri sahilboyu müxtəlif ərazilərə dağıtmaq əvəzinə müəyyən mərkəzlərdə kollektiv şəkildə bir yerdə saxladı. Məqsəd sahilləri zəif müşahidə və mühafizə etmək, düşmən sahilə çıxandan sonra gecə hücumları və süngü zərbələri ilə qüvvələri dənizə tökmək idi.

Liman Von Sandersin bu təcrübəsi o vaxt olduğu kimi, bu gün də geniş müzakirə olunur. Liman paşanın bilərəkdən düşmənin hücumuna zəmin hazırladığı və bununla da alman maraqlarına xidmət etdiyi bildirilirdi. Ancaq Çanaqqaladakı korpus və diviziya komandirləri, xüsusilə də Ənvər Paşa Limanın tətbiqinə qarşı çıxmadılar. Hətta bunun taktiki seçim olduğu deyilirdi. Yalnız 9-cu diviziya komandiri Xəlil Sami bəyin bu təcrübənin çatışmazlıqlarını bildirən hesabatı var. Lakin şayiələr, üstüörtülü ittihamlar müharibə zamanı və müharibədən sonra da davam edirdi. Məsələn, 27-ci Alay komandiri polkovnik-leytenant Şefik bəy Arıburnu döyüşləri ilə bağlı hesabatında bu vəziyyətə üstüörtülü şəkildə işarə edir.

Bu məsələni, yəni Liman və digər alman komandirlərinin düşmənin hücumunu asanlaşdırmaq üçün işlər gördüyü iddiasını ən açıq şəkildə Çanaqqalanın Kumkale və Seddülbahir bölgələrində qrup qərargahının qərargah komitəsindən olan Bursalı Mehmet Nihat ifadə edir. Mehmet Nihat yazır ki, düşmən desantını Kumkaledə qarşılayan bölüyə alman diviziya komandiri Nikolay tərəfindən düşmənlə qarşı-qarşıya qalmamaq və hücuma etməyə icazə əmri verilmişdir.

Aprelin 25-nə kimi Türk ordusunun Çanaqqaladakı gücü 6 diviziya və bir neçə başqa qüvvənin əlavə olunması ilə Saros və Bolayır bölgələrində iki diviziya, Arıburnu, Kabatəpə və Seddülbahir bölgələrində bir diviziya, Kumkaledən Anadolu bölgəsinə qədər olan bölgədə iki diviziya, Beşigeler bölgəsində bir diviziya və bəzi qüvvələr də qatılmaqla 75 min nəfərə çatdı. Bu qüvvənin müdafiə edəcəyi sahilin uzunluğu təxminən 150 kilometr idi.

Düşmənin planı

Müttəfiq ordusunun komandanı ingilis generalı Hamilton idi. İngilislər 4 piyada və 1 dəniz diviziyası, fransızlar isə 80 min əsgər və 178 top olan güclü bir diviziya ayırdılar. Üstəlik, hind diviziyası da arxadan gəlirdi. Hər halda, ilkin hücum üçün 70.000 adam hazır idi. Hərbi donanmaya həmçinin döyüş və nəqliyyat gəmiləri, təyyarədaşıyan gəmi və təyyarə donanması daxil idi. Bu qüvvə quru, dəniz və hava qüvvələrinin birlikdə hərəkət etməsi ilə ən böyük amfibiya əməliyyatını həyata keçirəcəkdi.

Geniş kəşfiyyat nəticəsində əsas qüvvələri Seddülbahir bölgəsinə çıxarmaq, oradan irəliləmək və Bosforu qoruyan mərkəzi istehkamları ələ keçirmək idi. Bu hərəkatı Kabatəpəyə bir ingilis korpusunu desant edərək güclü bir şəkildə, fransız korpusunu isə Kumkaleyə endirməklə zəif şəkildə gizlətmək və qorumaq qərara alındı.

Bu dəfə donanma yalnız eniş əməliyyatlarını və quruya çıxacaq qoşunların hərəkətlərinin mühafizəsini öz üzərinə götürəcək, lakin quru əməliyyatı ilə istehkamlar dağıdıldıqdan sonra donanma Boğaza daxil olacaqdı.

Müttəfiq ordusu müvəffəqiyyətə son dərəcə əmin idi. Gelibolu qarşısındakı ordu özünü İstanbulu müsəlman türklərdən xilas edən Səlib ordusu kimi görürdü. Bu ordunun arasında olan ingilis jurnalist Ashmead Bartlett “Bu son və ən böyük Səlib ordusu Fateh Mehmedin İstanbulu ələ keçirməsinin və xaç uğrunda döyüşüb şəhid olan cəngavərlərin qisasını alacaq” yazırdı.

Həmilton özünü İstanbulu alan komandir kimi görürdü. Türk ordusunu vecinə almırdı və bir neçə gün ərzində Çanaqqala istehkamlarını ələ keçirəcəklərinə əmin idi. O, donanmanın İstanbulu asanlıqla ələ keçirəcəyinə o qədər əmin idi ki, hətta İstanbulda etibarlı olmaq üçün pul çap etdirmişdi.

Müttəfiqlərə türk ordusu və əsgərlərinin asanlıqla məğlub olacağı hissini yaşadan iki il əvvəl Balkan məğlubiyyəti idi. Ümumi rəy belə idi ki, türk əsgəri indi döyüş qabiliyyətini itirib. Lakin bu, onların ən böyük səhvi idi və türk əsgərlərini sanki ölümə əhəmiyyət vermirmiş kimi döyüşürdülər.

Çanaqqalada son döyüş

Arıburnu Cəbhəsində 25 aprel 1915-ci ilin səhəri hücuma keçən Anzak Kolordusu qüvvələri Polkovnik Mustafa Kamalın 10 avqust səhəri başlatdığı hücum ilə geri çəkilmək məcburiyyətində qaldılar. Gelibolu yarımadasında bir nəticə əldə edə bilmək üçün ingilis generalı Sir Ian Hamilton, şimalda üçüncü bir cəbhə (Anafartalar cəbhəsi) açmaq qərarına gəlmişdi.

6 avqust 1915-ci il tarixində Suvla Qoyuna qoşun çıxarıldı. 5-6 avqust gecəsi başlayan hücum gün boyu davam etdi. Osmanlılar mövqelərini qorumağı bacarmışdı: Misirdə olan 5.000 minlik bir diviziya da cəbhəyə gətirildi. İçəridən və çöldən möhkəmləndirilən Anafartalar Cəbhəsindəki qüvvələrlə birlikdə ümumi bir hücum planlaşdırıldı. İkinci ümumi hücumla eyni gündə, 21 avqustda Anzak birliklərinin Bomba Təpə hücumu nəticəsiz və Çanaqqala döyüşünün son müharibəsi oldu. Bomba Təpədəki qarşıdurmalar isə 29 avqust tarixinə qədər davam etsə də təpə, Osmanlıların əlində qaldı.

Osmanlı qüvvələrinin müqaviməti qarşısında cəbhələr bağlanmışdı. Bolqarıstan 14 oktyabr 1915-ci il tarixində ittifaq dövlətlərinə qatılmışdı. Almaniya ilə Osmanlı arasında Balkanlar üzərindən dəmiryolu xətti isə 29 oktyabrdan işləməyə başlamışdı. Bu tarixdən üç gün sonra General Ian Hamilton vəzifədən alınaraq yerinə General Charles Monro təyin edilmişdi. 16 noyabrda Müttəfiqlərin Selanik Cəbhəsi də General Monroya bağlanmışdı.

General Birdvood, General Monroya bağlı olmaq üzrə Çanaqqala Müttəfiq Qüvvələri Komandirliyinə təyin edildi. 7 dekabr 1915-ci il tarixində Arıburnu və Anafartalar Cəbhələrindəki Müttəfiq qüvvətlər çıxarılaraq Selanik Cəbhəsinə aparıldı, Seddülbahir Cəbhəsindəki qüvvələr isə yerlərində qaldı. Bu cəbhədəki qüvvələrin azad edilməsinə isə 27 dekabr 1915-ci il tarixində qərar verildi. Azadetmə əməliyyatları 9 yanvar 1916-cı ildə tamamlandı. Beləcə, Gelibolu müharibələri Osmanlı qüvvələrinin zəfəri ilə nəticələndi.

Anafartalar Qəhrəmanı

Mustafa Kamal bu döyüşdə Conkbayırı Anafartalar və Arıburnunda hərdi vəzifələr yerinə yetirmişdir. Döyüşlərin ilk günü Conkbayırındakı müdaxiləsi və döyüşün son mərhələlərində üzərinə götürdüyü vəzifələr, Mustafa Kamalın əsgəri qabiliyyətlərini ortaya çıxarmış, “Anafartalar Qəhrəmanı” olaraq tanınmasını təmin etmişdir. Bu vəziyyət daha sonraları Mustafa Kamalın milli liderliyini ortaya çıxarmışdır.

Beləliklə, 110 il əvvəl aprelin 25-i tarixin şanlı səhifəsinə çevrilmiş, torpaqları uğrunda mübarizə aparan qərhəman türk oğullarının parlaq salnaməsini yazmışdır. Bu gün onları qürurla və məmnuniyyətlə anırıq.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see196

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see147

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see137

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see134

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see132

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see130

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see130

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see127

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see127

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see126

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see126

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see125

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see125

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see124

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see123

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see123

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see119

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see119

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see115

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri