Icma.az
close
up
RU
Canlanır hər şəhər, kənd Qarabağda

Canlanır hər şəhər, kənd Qarabağda

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir. Bu silsilədən olan növbəti görüş 21 iyul 2026-cı il tarixdə Köhnə Alvadı ərazi partiya təşkilatında “Canlanır hər şəhər, kənd Qarabağda” mövzusuna həsr edilmişdir.

Görüşü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Seyfəddin Əliyev qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun qüdrəti sayəsində Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın mənəvi dirçəlişinin, milli həmrəyliyimizin və dövlət gücümüzün ən parlaq təcəssümüdür. Düşmənin 30 il ərzində viran qoyduğu, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası bu gün daha böyük sürətlə və geniş miqyasda davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurun adları artıq dağıntılarla deyil, müasir şəhərsalma, sürətli iqtisadi inkişaf və gələcəyə olan böyük ümidlərlə hallanır. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü yenidənqurma layihələri nəticəsində azad edilmiş torpaqlarımız indi tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu proses yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır; regionda iqtisadi fəallıq, kənd təsərrüfatı, ekoloji təmiz "yaşıl enerji" strategiyası və milli mədəniyyətimizin bərpası paralel şəkildə uğurla icra olunur.

Seyfəddin Əliyev bildirmişdir ki, azad edilmiş ərazilərə həm yerli sakinlərin, həm də xarici qonaqların axını regionun təhlükəsiz, müasir və dinamik mühitinin ən böyük sübutudur. "Bölgəyə gələn yüz minlərlə insan arasında yalnız doğma yurduna qayıdan ailələr deyil, həm də dünyanın müxtəlif ölkələrindən gələn turistlər, böyük layihələri araşdıran sahibkarlar, investorlar, mədəniyyət və media nümayəndələri yer alır. Bu fakt azad edilmiş ərazilərin artıq genişmiqyaslı fəal iqtisadi və sosial-mədəni proseslərin mərkəzinə çevrildiyini nümayiş etdirir".

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı və aqrar sahənin inkişafı üçün yeni dövlət proqramlarının icrasına başlanılıb, onlarla fərqli investisiya layihəsi reallaşdırılır. Şuşada və Xankəndidə yeni hotellərin, xidmət obyektlərinin açılması, mədəni irsin bərpası, eləcə də su elektrik stansiyalarının qurulması regionun turizm və daxili potensialını maksimum dərəcədə hərəkətə gətirib. Bütün bunlar onu göstərir ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarda firavan və dayanıqlı həyatın təmini artıq tam reallığa çevrilmişdir.

Görüşdə Kərim Ağayev çıxış edərək bildirmişdir ki, bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr təkcə bərpa və yenidənqurma deyil, həm də gələcəyə doğru inamlı və strateji addımların bariz ifadəsidir. Burada salınan hər yeni yol, tikilən hər məktəb, yaradılan hər iqtisadi zona Azərbaycanın gələcəyinə, sabitliyə və dayanıqlı inkişafa uzanan yolun bir hissəsidir. Bu torpaqlar artıq yalnız xatirələrin deyil, həm də yeni imkanların, innovasiyaların, sosial və iqtisadi dirçəlişin məkanıdır. Qarabağ və Şərqi Zəngəzurda qurulan hər bir infrastruktur obyektinin, sosial layihənin və mədəni tədbirin arxasında böyük bir ideya dayanır – bütün xalqın gücünü və birliyini əks etdirən yenidənqurma ruhu. İşğaldan azad edilmiş ərazilərin bərpası yalnız fiziki məkana qayıdış deyil, həm də milli kimliyimizin, tarixi ədalətin və dövlətimizin suverenliyinin möhtəşəm bir təntənəsidir. Bu təntənə gələcəyə olan inamın, əzmin və ümummilli birliyin parlaq ifadəsinə çevrilib.

Görüşdə Fərhad Bağırov, İnqilab Mirzəyev, Arastun Əliyev, Mirtağı Cəfərov,
Cəbrayıl İsmayılov və başqaları çıxış edərək qeyd etdilər ki, Azərbaycan regionda
yeni reallıqlar yaradır. Bu gün Qarabağ bütün dünyanın müasir, əsrarəngiz və
təhlükəsiz bölgəsinə çevrilir. Əminliklə deyə bilərik ki, canlanır hər şəhər, kənd
Qarabağda.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri