Icma.az
close
up
RU
Canlanır hər şəhər, kənd Qarabağda

Canlanır hər şəhər, kənd Qarabağda

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq 05 avqust 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Mahmudavar ərazi partiya təşkilatında “Canlanır hər şəhər, kənd Qarabağda” mövzusunda gənclərləgörüş təşkil edilmişdir.

Tədbir iştirakçıları ilk öncə Mahmudavar kəndinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla anıblar.

Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Seyfəddin Əliyev qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun qüdrəti sayəsində 2020-ci ilin Vətən müharibəsində Azərbaycan xalqı və ordusu misilsiz bir qəhrəmanlıq, birlik nümayiş etdirərək, işğal altındakı ərazilərimizi azad etdi. Bu tarixi Qələbə təkcə torpaq uğrunda döyüş deyil, eyni zamanda, milli kimliyin, ədalətin və müstəqil dövlət quruculuğunun təntənəsi idi. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir. Bu gün həmin torpaqlarda həyat yenidən qaynayır. Qarabağ və Şərqi Zəngəzurun adları artıq dağıntılar, müharibə xatirələri ilə deyil, inkişaf, quruculuq və gələcəyə olan böyük ümidlərlə hallanır. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı müasir Azərbaycan dövlətinin ən önəmli prioritetlərindən biri olmaqla yanaşı, xalqımızın mənəvi dirçəlişinin, milli həmrəyliyimizin, qətiyyətimizin ən parlaq təcəssümüdür. Uzun illər işğal altında qalan və dağıntılarla üzləşən bu torpaqlar indi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü və genişmiqyaslı yenidənqurma layihələri nəticəsində sürətlə dirçəlir, yeni həyatla nəfəs alır. Bu proses yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli mədəniyyətimizin, tariximizin bərpası və dünya miqyasında təbliği ilə birgə gedir.

Azad edilmiş ərazilərə təkcə bu ilin iyulunda 500 mindən çox insanın səfər etməsi adi bir rəqəm deyil. Bu, son dərəcə mühüm göstəricidir deyən Seyfəddin Əliyev bildirmişdir ki, həmin yarım milyon insan arasında yalnız yerli sakinlər və Vətənə qayıdan ailələr yox, həm də müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar, mədəniyyət və media nümayəndələri, eləcə də digər xarici qonaqlar yer alır. “Bu fakt özlüyündə bölgədə yaranmış təhlükəsiz, müasir və dinamik mühitin təsdiqidir. İnsanlar oraya təkcə ziyarət üçün yox, həm də yaşamaq, sərmayə qoymaq, investisiya imkanlarını araşdırmaq üçün gedirlər. Bu, eyni zamanda, azad edilmiş ərazilərin artıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgənin gələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyük olduğunu və reallaşdırılmağa başladığını göstərir”.

Mahmudavar ərazi partiya təşkilatının sədri Xanım Əliyeva çıxış edərək bildirmişdir ki, bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr təkcə bərpa və yenidənqurma deyil, həm də gələcəyə doğru inamlı və strateji addımların bariz ifadəsidir. Burada salınan hər yeni yol, tikilən hər məktəb, yaradılan hər iqtisadi zona Azərbaycanın gələcəyinə, sabitliyə və dayanıqlı inkişafa uzanan yolun bir hissəsidir. Bu torpaqlar artıq yalnız xatirələrin deyil, həm də yeni imkanların, innovasiyaların, sosial və iqtisadi dirçəlişin məkanıdır. Qarabağ və Şərqi Zəngəzurda qurulan hər bir infrastruktur obyektinin, sosial layihənin və mədəni tədbirin arxasında böyük bir ideya dayanır – bütün xalqın gücünü və birliyini əks etdirən yenidənqurma ruhu. İşğaldan azad edilmiş ərazilərin bərpası yalnız fiziki məkana qayıdış deyil, həm də milli kimliyimizin, tarixi ədalətin və dövlətimizin suverenliyinin möhtəşəm bir təntənəsidir. Bu təntənə gələcəyə olan inamın, əzmin və ümummilli birliyin parlaq ifadəsinə çevrilib.

Tədbirdə Zahid Şahbazov, Leyla Səttarova və başqaları çıxış edərək qeyd etdilər ki, Azərbaycan regionda yeni reallıqlar yaradır. Bu gün Qarabağ bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevrilir. Əminliklə deyə bilərik ki, canlanır hər şəhər, kənd Qarabağda.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see233

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see229

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see226

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see226

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see225

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see223

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see212

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see201

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see201

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see198

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see195

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see190

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see185

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see182

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see179

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see177

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see176

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see170

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see170

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri