Canlı yayımda körpü uçdu Ölənlər və itkin düşənlər var ANBAAN VİDEO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Braziliyada Tokantins və Maranyan ştatlarını birləşdirən yolda avtomobil körpüsü çöküb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir kİ, hadisə zamanı bir neçə nəqliyyat vasitəsi, o cümlədən təhlükəli kimyəvi maddə daşıyan yük maşınları çaya düşüb.
Körpü çökməsi təxminən 60 il əvvəl tikilmiş qurğunun vəziyyəti haqqında reportaj hazırlayan yerli bloqerin çəkilişi zamanı baş verib. Videoda əvvəlcə körpünün kiçik bir hissəsinin çökdüyü, daha sonra isə bütün aşırımın uçduğu görünür.
Hadisə nəticəsində üç yük maşını, üç motosiklet və bir neçə minik avtomobili çaya düşüb. Hazırda iki nəfərin ölümü təsdiqlənib, iki uşaq daxil olmaqla ən azı səkkiz nəfər itkin düşmüş hesab olunur.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 23 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















