Braziliyalı bloqer reportaj hazırlayanda körpü uçdu: Ölənlər və itkin düşənlər var
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Braziliyada Tokantins və Maranyan ştatlarını birləşdirən yolda avtomobil körpüsü çöküb. Hadisə zamanı onun üzərində olan avtomobillər, o cümlədən təhlükəli kimyəvi maddə daşıyan yük maşınları çaya düşüb. Ölənlər və itkin düşənlər var.
Oxu.Az-ın "G1" portalına istinadla verdiyi məlumata görə, çökmə yerli bloqerin təxminən 60 il əvvəl tikilmiş körpünün acınacaqlı vəziyyəti haqqında reportaj çəkdiyi zaman baş verib.
Kadrlardan görünür ki, əvvəlcə yol örtüyünün kiçik bir hissəsi çöküb, sonra isə çayın iki sahili arasındakı bütün aşırım hissəsi uçub.
Bildirilir ki, körpünün çökməsi nəticəsində üç yük maşını, üç motosiklet və bir neçə minik avtomobili suya düşüb.
Ölən və yaralananların dəqiq sayı hələ müəyyən edilməyib. İki nəfərin ölümü təsdiqlənib, iki uşaq da daxil olmaqla ən azı səkkiz nəfər itkin düşmüş hesab olunur.
Mediada yayılan məlumata görə, yük maşınları sulfat turşusu daşıyıb.
Təhlükəli kimyəvi maddələrin sızması barədə məlumat alındıqdan sonra dalğıclar çaydan çıxıblar. Hazırda axtarış işləri yalnız qayıqlarla aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 23 Dekabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















