Icma.az
close
up
RU
Cansız fiqurların səssiz döyüşü...

Cansız fiqurların səssiz döyüşü...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şahmat zəka və məntiq oyunudur

İnsan zəkasının yaradıcılıq məhsulu olan şahmat bu gün yalnız sadəcə bir oyun kimi deyil, həm də bəşər mədəniyyətinin maraqlı bir sahəsi kimi yüksək qiymətləndirilir. Bu oyun hər şeydən əvvəl mübarizədir. 64 xanalı taxta lövhə üzərində cansız fiqurlar arasında gedən səssiz-səmirsiz döyüş olan şahmat mübarizəsi insanda təhlil qabiliyyətini artırır, təxəyyülü gücləndirir, dözüm, inad, qətiyyət və dəmir iradə tərbiyə edir. Şahmatda siyasi kombinasiyalar belə mövcuddur.

101 il öncə...

İyulun 20-si dünyada Beynəlxalq Şahmat günü kimi qeyd olunur. Bayram 1966-cı ildən UNESCO-nun rəsmi bayram günləri təqviminə salınıb. Seçilən tarix heç də təsadüfi deyil. 1924-cü ilin məhz iyul ayının 20-də, Fransanın paytaxtı Paris şəhərində Ümumdünya Şahmat Federasiyası (FİDE) yardılıb. Artıq 101 ildir ənənəyə çevrilən bayram, Azərbaycan da daxil olmaqla dünyanın 178 ölkəsində qeyd olunur.

Şahmat nə vaxt və necə yarandı?

Şahmat 1500 il bundan əvvəl Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanırdı. Bu oyunun qaydaları vaxt ötdükcə dəyişərək indiki halını alıb. Rəvayətə görə, hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: Döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı - ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün? Bu oyun hind şahzadəsini valeh edir. Şahzadə bu oyunu icad edən şəxsi mükafatlandırmaq məqsədi ilə saraya çağıraraq deyir: “Nə arzun varsa, de, yerinə yetirim”. Həmin müdrik şəxs birinci xana üçün 1, ikinci xana üçün 2, üçüncü xana üçün 4, dördüncü xana üçün 256 və bu minvalla 64 xananın hər biri üçün həndəsi silsilə ilə artan qaydada buğda istəyir. İxtiraçının istəyinin bir kisə buğdadan çox olmayacağını düşünən şahzadə bu xırda ənamı verməkdən utanır və həmin şəxsə çoxlu qızıl-gümüş təklif edir. Müdrik şəxs bununla razılaşmır. Şahzadə xəzinədarı çağırır və xahişi yerinə yetirməyi əmr edir. Səhəri gün xəzinədar şahzadəyə ixtiraçının istədiyi buğdanın həddən çox olduğunu xəbər verir. Bunun 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 616 buğda dənəsi etdiyini deyir. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4 metr, eni 10 metr, uzunluğu isə 30 milyon kilometr olan anbar gərəkdir. Şahzadə heyrətlənir və müdrik insanın ağlına bir daha heyran qalır.

Ölkəmizdə şahmatın inkişaf tarixi

Azərbaycanda şahmatın intellektual idman növü kimi tarixi qədim zamanlara gedib çıxır. Ölkəmizdə şahmat oyunu özünü təsdiq edənə qədər böyük inkişaf yolu keçib. Tədqiqatçıların fikrincə, şahmatın ilk forması olan çətrəngin əsrlər boyu təkmilləşdirilib şətrənc (şahmatın ikinci inkişaf mərhələsi) halına salınmasında, həmçinin şətrəncin inkişaf etdirilib müasir şahmata çevrilməsində böyük əmək sərf etmiş xalqlardan biri də azərbaycanlılar olub. Azərbaycan xalqının görkəmli elm, sənət adamları hələ qədim zamanlarda Hindistanda şahmatın yaradılması ilə maraqlanıb, onun başqa ölkələrə yayılmasını daim izləyib və özləri də VI əsrin axırlarında həmin oyunla yaxından məşğul olublar. Lakin o dövrün şahmat oyunçularından heç kəsin adı bizə məlum deyil.

İlk azərbaycanlı şahmatçı...

Orta Asiya əlyazmasında adı çəkilən ilk Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvanidir (IX əsr). Xaqani Şirvani (XII əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahi mütəfəkkirlərimiz öz əsərlərində şahmatı tərənnüm edib, onun haqqında mənalı, dərin fikirlər söyləyiblər. XI əsrdə yaşamış görkəmli mütəfəkkirimiz Qətran Təbrizinin əsərlərində o dövrün şahmatı haqqında maraqlı məlumatlar verilib.

Şahmat həqiqətən sirli bir aləm, möcüzələr dünyasıdır. Bu oyun, həmçinin çətin tapşırıqları həll etmək və yeni ideyalar yaratmaq imkanı verir. Təəccüblü deyil ki, altsqeymer xəstəliyinə qarşı mübarizə metodu kimi şahmat oynamağı tövsiyə edirlər.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyul 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri