Icma.az
close
up
RU
Cansız BOTanika bağı

Cansız BOTanika bağı

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

“Ölü internet” nəzəriyyəsinə əsasən, internetdəki bütün bu prosesləri botlar həyata keçirirlər. Onlar real insanlar tərəfindən hazırlanan məzmunu sıxışdırır, alqoritmlərə əsaslanan süni məzmunla ictimai rəy formalaşdırırlar. Bu sistemin arxasında öz mal və xidmətlərini satmağa çalışan, insanların düşüncəsini yönləndirən nəhəng İT şirkətləri, korporasiyalar, hökumətlər dayanır.
“Ölü internet” nəzəriyyəsi necə yaranıb?
Məsələni ilk dəfə 2010-cu illərin axırında “IlluminatiPirate” adlı istifadəçi “4chan” forumunda qaldıraraq, internetin artıq öldüyünü yazmış, bu işdə şirkətləri, dövlət təşkilatlarını günahlandırmışdı. 2021-ci ildə iddiasını genişləndirib, “Agora Road” forumunda “Ölü internet nəzəriyyəsi: İnternetin əksəriyyəti saxtadır” başlıqlı məqalə yayımlamışdı: “İnternet artıq boşdur, real insanlardan, məzmunlardan uzaqdır.2007-ci ilin interneti ilə müqayisədə müasir internet tamamilə sterildir. Düzdür, ucsuz-bucaqsız görünə bilər, amma daxilən içi boş şara bənzəyir”.

Həmin il “The Atlantic” jurnalındakı “Bəlkə, nəzərinizdən qaçıb, amma internet beş il əvvəl ölüb” başlıqlı məqalə nəzəriyyəyə daha da məşhurluq qazandırdı. Botların interneti ələ keçirdiyinə dair nəzəriyyəyə inananlar o vaxtdan bəri günbəgün artır. İddia tərəfdarlarının statistikasına görə, 2023-cü ildə bütün internet trafikinin 49,6%-ni insanlar yox, botlar əmələ gətiriblər. Üstəlik, bu nisbət ildən-ilə insanların əleyhinə dəyişir. Maraqlıdır ki, nəzəriyyə üzə çıxanda süni intellekt (Sİ) alətləri hələ kütləvi deyildi.
Sİ 2022-ci ilin axırında “ChatGPT”nin təqdimatı nəticəsində geniş yayıldı. Bu alət elmi tədqiqat üsulunu əlçatan interfeyslə çoxsaylı istifadəçiyə çatdırması baxımından əsl inqilab idi. “Statista”nın proqnozları göstərir ki, sürətlə böyüyən Sİ texnologiyası və bazarının ümumi həcmi 2025-ci ildə 244 milyard, 2030-cu ildə isə 827 milyard dollara çatacaq.
“ChatGPT” ilə yanaşı, digər qabaqcıl dil modellərinin işə salınması dünya üzrə Sİ məzmununu eksponensial artımla çoxaltmağa başladı. Həmin məzmunları, xüsusən də mətnləri real insan məzmunundan ayırmaq artıq qeyri-mümkündür. Sİ-nin sürətlə inkişafı, tədricən “təbiilik” qazanması nəticəsində virtual aləmdə insan amilinin tamamilə aradan çıxma təhlükəsi labüd hala gəlməkdədir. Onun pis niyyətlə istifadəsi artarsa, saxta xəbərlər yayıla, informasiya mənbələrinə inam sarsıla, axtarış, yoxlama və etibarlı qərar vermə prosesləri çətinləşə bilər.

Sİ-nin yaratdığı saxta xəbərlər qlobal iqtisadiyyata dəfələrlə təsir göstərib, birja qiymətlərində dalğalanmalar, bazar tendensiyalarında çaşqınlıqlar yaradıb. Saxta xəbərlərin reklam bazarına təsirilə yanaşı, təhsilə, mediaya, mədəniyyətə, hətta siyasətə nüfuzu günbəgün artır. Sİ alqoritmi ictimai rəyi yönləndirmək, seçkilərə müdaxilə etmək və müəyyən ideologiyaları yaymaq məqsədilə işlədilə bilər.
Sosial şəbəkə platformalarının Sİ-yə aktiv inteqrasiyası, məsələn, virtual influenserlər, insan ünsiyyətinin təqlidinə əsaslanan çat-botlar əvvəl-əvvəl maraq oyadırdısa, indi istifadəçilər sanki boşluğa düşürlər: çünki məlumat çoxdur, amma mənasız və səthidir. Ruhsuz, şəxsiyyətsiz məzmunların yeganə məqsədi pul qazanmaq, bot hesablarının sosial platformalarda populyarlığını artırmaqdır. Bu tendensiya həm istifadəçilər, həm də media ekspertləri arasında narahatlıq doğurur. Onların qənaətincə, əmələ gələn keyfiyyətsiz media məkanı bir-birinə bənzəyən Sİ videoları ilə dolduqca real insan məzmununa maraq azalır. Keyfiyyətli materiallar eynitipli süni məlumatların kölgəsində itib-batır. Müxtəlif biznes sahələri öz reklamları üçün cüzi xərclə saysız material hazırlaya bilən Sİ-yə bel bağlasa da, gözlənilən nəticəni almır. Çünki süni məzmun daha rəğbət görmür.
“Ağıllı” alqoritmlər sosial şəbəkəni çoxdandır ki brendlərin, bloqerlərin süni məzmunun meydanına çevirib. Real ünsiyyət getikcə azalır. Hərçənd istifadəçilərin həmişə ünsiyyətə ehtiyacı var, ona görə də alqoritmlərin, brendlərin diktəsindən qurtulmaq məqsədilə qeyri-kütləvi platformalara üz tutmağa başlayacaqlar.

Ekspertlərin çoxu “ölü internet” nəzəriyyəsinin sadəcə uydurulduğunu diqqətə çatdıraraq, onu şişirtməkdən, məyus proqnozlar verməkdən çəkinirlər. Onlar əmindirlər ki, Sİ-nin yaratdığı məzmun interneti “öldürmür”, əksinə, rəqabətə təkan verir. Süni məzmunun (fotolar, videolar və s.) həcminin kəskin artması onun keyfiyyətinin azalması deyil. Məsələn, videoların Sİ ilə avtomatik sinxron tərcüməsi imkanından milyonlarla istifadəçi yararlanır. Eyni zamanda, operativ sorğu əsasında “süni” mətn, foto və video hazırlama alətləri gələcəkdə elə vüsət alacaq ki, bu, məzmun istehsalı bazarına yenidən baxılmasına stimul yaradacaq.
1990-cı illərin ortalarından etibarən yayılan nisbətən sadə zəminli internet ilbəbil mürəkkəbləşir. Sİ onun anlaşılmaz məntiqlə işləyən trilyonlarla verilənlər bazasına qarışdıqca qarışır. İnsan bu təkamüldən kənarda qalmamaq üçün 10-20 il ərzində çox çalışmalı, təhsildən siyasətədək bütün ictimai institutları nəzərdən keçirməlidir. Çünki Sİ-nin təsiri elektrikləşmədən, buxar mühərrikinin tətbiqindən qat-qat böyük olacaq.
Firudin Həmidov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Dekabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri