Icma.az
close
up
RU
CARCAS və Melo Dora MMC aqrar sahədə əməkdaşlığa dair memorandum imzaladılar

CARCAS və Melo Dora MMC aqrar sahədə əməkdaşlığa dair memorandum imzaladılar

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu gün Bakı şəhərində Xəzəryanı Regionu Aqrar Tədqiqatlar Mərkəzi (CARCAS) ilə "Melo Dora" MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Oxu.Az xəbər verir ki, sənəd kənd təsərrüfatının müasir istiqamətlərdə inkişafı, yerli ting istehsalının genişləndirilməsi, aqrotexniki xidmətlərin göstərilməsi və davamlı aqrobiznes modellərinin tətbiqi üzrə tərəfdaşlığın əsaslarını müəyyən edir.

Əməkdaşlıq aşağıdakı sahələri əhatə edir:

- yüksəkkeyfiyyətli tinglərlə təminat,

- bağların salınması və aqrotexniki müşayiət,

- birgə istehsal və tədris təşəbbüslərinin həyata keçirilməsi.

Memorandum çərçivəsində kənd təsərrüfatı sahəsində süni intellektə əsaslanan proqramların işlənib-hazırlanması üzrə razılıq əldə olunub. Bu proqramlar məhsuldarlığın proqnozlaşdırılması, torpaq və bitkilərin vəziyyətinin monitorinqi, eləcə də aqrotexnoloji proseslərin idarə edilməsi sahələrini əhatə edəcək.

Əməkdaşlığın mühüm hissəsi olaraq Kənd Təsərrüfatı Akademiyasının yaradılması nəzərdə tutulur. Akademiya CARCAS Mərkəzinin və "Melo Dora" MMC-nin birgə təşəbbüsü ilə təsis ediləcək. Akademiyanın məqsədi - aqronomların və gənc mütəxəssislərin hazırlanması və qabaqcıl təcrübələrin və innovasiyaların yayılmasıdır. Bu istiqamətdə Azərbaycan Dövlət Aqrar Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq planlaşdırılır.

CARCAS Müşahidə Şurasının sədri Rifat Sultan-zadə qeyd etdi:

"Biz təkcə tərəfdaşlıq deyil, eyni zamanda, elmi, istehsalı və texnologiyanı birləşdirən bir ekosistem yaradırıq. Bu əməkdaşlıq Azərbaycanın kənd təsərrüfatını yeni və dayanıqlı inkişaf mərhələsinə çıxaracaq".

Bağçılıq və emal sahəsində ixtisaslaşan "Melo Dora" MMC isə istehsal proseslərinin rəqəmsallaşdırılması və lokallaşdırılması da daxil olmaqla uzunmüddətli təşəbbüslərə sərmayə yatırmağa hazır olduğunu bildirib.

CARCAS öz növbəsində təsdiq edib ki, onun missiyası - elmi mühit, istehsalçılar və beynəlxalq tərəfdaşlar arasında körpü rolunu oynayaraq kənd təsərrüfatının səmərəli və müasir inkişafını təmin etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyun 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri