Özbəkistan və Azərbaycan maliyyə sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Özbəkistanın Perspektivli Layihələr üzrə Milli Agentliyi (NAPP) və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Bakıvaxtı.az NAPP-a istinadən xəbər verir ki, sənəd kapital bazarlarının, sığortanın və kriptoaktivlərin dövriyyəsinin inkişafı, tənzimlənməsi və nəzarəti məsələlərində əməkdaşlığa yönəlib.
"Memorandum uzunmüddətli və davamlı qarşılıqlı fəaliyyət platformasının yaradılmasına, həmçinin tərəflərin səlahiyyətləri çərçivəsində təcrübə və məlumat mübadiləsinə yardım etməyə yönəlib. Sənəd beynəlxalq tədbirlərin, seminarların, forumların və təlimlərin təşkili, onlayn görüşlərin və qısamüddətli təlim səfərlərinin keçirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müvafiq sahələrdə qanunvericilik və statistik məlumatların mübadiləsi kimi istiqamətlərdə əməkdaşlığın inkişafını nəzərdə tutur", - agentlik bildirib.
Saziş çərçivəsində innovativ maliyyə texnologiyalarının inkişafına, maliyyə inklüzivliyinin və əməliyyat effektivliyinin artırılmasına, həmçinin fintex şirkətlərinin tənzimlənməsi və yeni maliyyə texnologiyaları üzrə ən yaxşı təcrübələrin mübadiləsinə xüsusi diqqət yetiriləcək.
Tərəflər, həmçinin birgə təlim proqramlarının keçirilməsi və rəqəmsal maliyyə xidmətləri sahəsində təcrübə mübadiləsi də daxil olmaqla, kadrların hazırlanması və mütəxəssislərin ixtisasının artırılması sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
"Memorandumun imzalanması Özbəkistan və Azərbaycanın hər iki ölkədə institusional qarşılıqlı əlaqələrin genişləndirilməsi və müasir maliyyə bazarlarının inkişafında qarşılıqlı marağını əks etdirir", - məlumatda deyilir./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 19 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















