Cari ilin birinci yarısında Gürcüstanda 9 925 nikah müqaviləsi bağlanıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Cari ilin birinci yarısında Gürcüstanda 9 925 nikah müqaviləsi bağlanıb, 6 456 boşanma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, 2025-ci ilin yanvar-iyun aylarında diri doğulan körpələrin sayı 17 719 nəfər təşkil edib. Həmin dövrdə ölkədə 22 718 nəfər dünyasını dəyişib.
Hesabat dövründə müsbət təbii artım göstəricisi yalnız Tbilisi şəhərində (406 nəfər) və Acara Muxtar Respublikasında (296 nəfər) qeydə alınıb.
Azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində də təbii artımda azalma olub. Hesabat dövründə Kvemo Kartlidə 219 nəfər körpə dünyaya gəlib.
Qeyd edək ki, 2024-cü ildə Kvemo Kartlidə təbii artım 292 nəfər, 2023-cü ildə isə 719 nəfər olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Sentyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















